Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00
Rubrikalar

Seçkilərdə beynəlxalq standart nədir?


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib "IV Parlament"in qonaqları:



- YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı;



- “Yeni Siyasət” blokunun Koordinasiya Şurasının üzvü Eldar Namazov;



- Müstəqil politoloq Zərdüşt Əlizadə



Rahib Azəri: İyulun 18-də ABŞ Konqresinin Nümayəndələr Palatası qətnamə qəbul edib. Qətnamənin giriş hissəsi bu sözlərlə başlayır: "Nəzərə alsaq ki, 2003-cü il prezident seçkisi beynəlxalq standartlardan uzar idi..."



Sizcə, beynəlxalq standartlar deyəndə, hansı parametrlər nəzərdə tutulur və doğrudanmı, ölkəmizdəki son prezident seçkisi həmin standartlardan uzaq olub.



Mübariz Qurbanlı: Hansısa beynəlxalq standartlar deyəndə, burada həm Qərb, həm də Şərq standartları nəzərdə tutulur. Baxır kim necə yanaşır. Məsələn, ABŞ-da sonuncu prezident seçkisində ATƏT-in nümayəndələri bir çox ştatlara buraxılmamışdı. ATƏT bununla bağlı xüsusi bəyanat yaymışdı və etirazını bildirmişdi. Azərbaycanda keçirilən seçkiləri MDB ölkələri, Türkiyə və başqa ölkələrin müşahidəçiləri bəyəniblər və hesab ediblər ki, 2003-cü il Azərbaycanda prezident seçkiləri azad, ədalətli və demokratik keçirilib.



ATƏT ABŞ-ın təsiri dairəsində olan bir qurumdur və ABŞ da ATƏT-in çıxardığı hər hansı bir nəticəni qəbul edir. Daha doğrusu, özünün nəticələrini ATƏT-ə diktə edir və sonra da o nəticələri ATƏT adından elan edir. Ona görə də ABŞ Konqresində belə bir terminin işlənməsini onun siyasətinin nəticəsi hesab edirəm. Yəni, ABŞ Gürcüstanda keçirilən prezident seçkilərindəki 95%-i alqışlaya bilər. Bəyənmədiyi ölkədə isə ən ədalətli keçən seçkiyə də bir əmma qoya bilər.



Digər tərəfdən isə deyim ki, ABŞ-ın Nümayəndələr Palatasının bu tipli qətnamələrinin sayı-hesabı yoxdur. Təkcə Azərbaycanla bağlı yox, bütün dünyada baş verən hadisələrlə bağlı qətnamələr qəbul edilir. Belə qətnamələrin heç bir hüquqi əsasları yoxdur. Seçkinin demokratikliyi və qeyri-demokratikliyi xalqın həmin seçkiyə münasibətidir. Əgər xalq həmin seçkidən sonra hakimiyyətlə tam şəkildə əməkdaşlıq edir və onu müdafiə edirsə, deməli, bu seçki demokratikdir. Xalq seçkini bəyənməsə, həmin seçkidən sonra həkimiyyətə tabe olmaz və öz etirazını bütün formalarda nümayiş etdirə bilər.



Zərbüşt Əlizadə: Mən Mübariz müəllimə xatırlatmaq istəyirəm ki, ABŞ dünyanın çox mühüm ölkələrindən biridir. Konqres isə dövlətin ən güclü təsir göstərən qoludur. Buna görə də Amerikanın mövqeyinə etinasız yanaşmaq Azərbaycan üçün, hakim sinif üçün bir qədər təhlükəlidir. Çünki, həmin siniflərə, qüvvələrə Amerika hakimiyyətinin münasibəti çox zaman hakim qüvvələrin tamamilə səssiz-səmirsiz hakimiyyətdən getməsi ilə nəticələnir. Mən belə hesab edirəm ki, ABŞ Konqresinin mövqeyinə hörmətlə yanaşılmalı, onlar deyəndə ki, Azərbycandakı seçkilər beynəlxalq standartlara uyğun deyil, buna da diqqətlə yanaşılmalıdır.



Bu sözdən əvvəl isə daha çox Azərbaycan vətəndaş cəmiyyətinin 2003-cü il prezident seçkisinə verdiyi qiyməti nəzərə almaq lazım idi. Mənim də üzvü olduğum 40-dan yuxarı qeyri hökumət təşkilatlarının hazırladığı hesabatda kobud seçki pozuntularının qeyd olunduğu məntəqələrin və dairələrin adları göstərilmişdi. Şəhərlərdə "karusel" əməliyyatları həyata keçirilmişdi. Mən o fikirlə razı deyiləm ki, müxalifətin nümayəndəsi qalib gəlmişdi. Amma İlham müəllimin qalib gəlməsi fikriylə də razı deyiləm. Məncə ikinci tur olmalı idi. Hakimiyyətin ikinci turdan boyun qaçırması onun zəifliyinin əlaməti idi.



Eldar Namazov: Azərbaycan hakimiyyəti özü təqribən 600-ə yaxın məntəqədə prezident seçkisinin nəticəsini ləğv etdi və etir
XS
SM
MD
LG