Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:05
Rubrikalar

"Xəzər Lənkəran" UEFA Kuboku ilə vidalaşdı


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib - İyulun 28-də UEFA Kuboku uğrunda cavab matçında Lənkəranın "Xəzər" komandası Bakıda Kişinyovun "Nistru" komandasına 1:2 hesabıyla məğlub olub. Bununla da komanda UEFA Kubokunda çıxışlarını dayandırıb.



Səfərdə ilk oyunda lənkəranlılar 3:1 hesabıyla məğlub olmuşdular.



- İyulun 28-də həmçinin Qubada qadın voleybolçuların «Qran-pri» turnirində növbəti oyunlar keçirilib. Azərbaycan voleybolçuları Türkiyə yığması ilə qarşılaşıblar. Çətin mübarizə şəraitində keçən oyunda Türkiyə yığması 3:2 hesabı ilə qələba qazanıb.



Bu oyunun nəticəsindən asılı olmayaraq Azərbaycanın qadınlardan ibarət voleybol komandası ½ finala vəsiqə qazanıb. Türkiyə komandasından əvvəl isə Azərbaycan voleybolçuları Bolqarıstan və Almaniya milliləri üzərində inamlı qələbə qazanmışdılar.



Mütəxəssislər hesab edirlər ki, «Qran-Pri» turnirini Faiq Qarayevin yetirmələri üçün yalnız ilk üçlüyə düşdükləri təqdirdə uğurlu saymaq olar. Çünki, belə olan halda Azərbaycan yığması İtaliyada keçiriləcək final oyunlarına vəsiqə qazanacaq.



- Azərbaycanın gənclərdən ibarət boks üzrə yığma komandası Avropa birinciliyində iştirak etmək üçün Estoniya paytaxtı Tallinə yola düşüb.



Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Zakir Quliyev deyir ki, gənclərdən ibarət yığma komandanın tərkibində 11 idmançı qüvvəsini sınayacaq:



"Yaxşı boksçularmız var. Qızıl deyə bilmərəm. Bu Allahın işidir. Ancaq gümüş və bürünc mükafatlar olacaq".



Gənclərdən ibarət boks üzrə Avropa birinciliyi iyulun 30-da start götürəcək.
XS
SM
MD
LG