Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:42

Qaxda gürcülər mitinq keçiriblər


Səs: Real audio
Aksiyaçılar Gürcü Dram Teatrının rəhbərinin dəyişdirilməsini tələb edirlər İyulun 28-də Qaxın Əlibəyli kəndinin gürcü milliyətindən olan sakinləri mitinq keçiriblər. Onlar kənddə yerləşən Gürcü Dram Teatrının rəhbərinin dəyişdirilməsini tələb ediblər. Mitinqçilər hesab edirlər ki, teatrın hazırkı rəhbəri Ofeliya Andreaşvili mədəniyyət evində işləyən zaman kəndin inkişafı üçün heç bir iş görməyib. Mədəniyyət evi yalnız kağız üzərində mövcud olub. Kəndin sakini, müəllimə Nelli Barixaşvili deyir ki, xanım Andreaşvilinin teatrı da eyni günə salacağından narahatdırlar.



Aksiyaçılar teatrın qapısını bağlayıb, yeni rəhbəri içəri buraxmırlar. Onlar tələbləri yerinə yetirilməyənə qədər mitinqi davam etdirəcəklərini söyləyirlər. Aksiyaçılar məsələylə bağlı prezidentlər - İlham Əliyev və Mixail Saakaşviliyə müraciət ediblər.



Azərbaycanın Mədəniyyət Nazirliyi isə Gürcü Dram Teatrının rəhbərinin gələcək fəaliyyəti ilə bağlı indidən bədbin ehtimallar irəli sürülməsinin əleyhinədir. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Zöhrə Əliyeva bildirir ki, Ofeliya Andreaşvilinin necə kadr olmasını yalnız teatr fəaliyyətə başlayandan sonra müəyyənləşdirmək olar.



Qaxın Əlibəyli kəndindəki Gürcü Dram Teatrı ötən il dekabrın 16-da prezident İlham Əliyevin sərəncamıyla yaradılıb.
XS
SM
MD
LG