Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:02

II və IV ixtisas qruplarına imtahanlar keçirildi


Səs: Real audio
Hakim partiya qəzetlərdə prezidentin şərəf və ləyaqətinə hörmətsizlik göstərilməsindən narahatdır İyulun 28-də II qrup – iqtisadiyyat, idarəetmə və coğrafiya ixtisasları və IV qrup - tibb, kimya və biologiya ixtisasları üzrə ali məktəblərə qəbul imtahanları keçirilib.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, II qrupa 18 min 455, IV qrupa isə 11 min 954 nəfər imtahan verib. Abituriyentlərin əksəriyyəti imtahanın gedişindən razı qalıb. Suallar isə kimisi üçün asan, kimisi üçün isə çətin olub.



- Yaxşı keçdi. İçəridə sakitçilik idi. Suallar da bilən üçün çətin deyildi.



- Suallar çətin idi. Çox çətin idi.



- Çox razı qaldım. Suallar o qədər də çətin deyildi. Nəzarətçilər də uşaqları psixoloji cəhətdən sakitləşdirirdilər.



- Çətin suallar idi.



Bundan əvvəl isə iyulun 19-da III, iyulun 24-də isə I ixtisas qrupu üzrə imtahanlar keçirilib. İyulun 31-də isə sonuncu – V ixtisas qrupu üzrə keçiriləcək.



Bu il ali məktəblərə sənəd verənlərin sayı ötən illə müqayisədə təxminən 10 min nəfər artıb. Daha dəqiq desək, bu il ali məktəblərə 100 min 349 nəfər sənəd verib. Qəbul planı isə 28 min 880 nəfərdir.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, qəbul imtahanlarının nəticələrinin yoxlanılmasına avqustun 2-də başlanacaq. Təxminən 10 gündən sonra isə imtahanların nəticələri elan ediləcək.
XS
SM
MD
LG