Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:53

YAP mətbuatla bağlı narahatlığını bildirir


Səs: Real audio
Hakim partiya qəzetlərdə prezidentin şərəf və ləyaqətinə hörmətsizlik göstərilməsindən narahatdır Yeni Azərbaycan Partiyası (YAP) Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib. Müraciətdə deyilir ki, bəzi siyasi partiyaların tabeliyində olan qəzetlər özlərinin və ya onlara rəhbərlik edənlərin şəxsi problemlərini, münasibətlərini lüzumsuz dərəcədə ictimailəşdirir, şəxsi inciklik zəminində hamını təhqir və mənəvi terror obyektinə çevirirlər.



YAP «Azadlıq» və bu kimi qəzetlərdə prezidentin şərəf və ləyaqətinə hörmətsizlik göstərilməsindən narahatlığını bildirir.



«Azadlıq» qəzetinin baş redaktor müavini Şücəddin Şərifovsa qəzetin özünü müdafiə etdiyini bildirir.



İyulun 28-də Mətbuat və Milli Teleradio şuraları ölkə jurnalistlərinə müraciət edib. Müraciətdə deyilir ki, parlament seçkisi yaxınlaşdıqca yerli medialarda ayrı-ayrı ictimai-siyasi xadimlər, dövlət məmurları, vətəndaşlar barədə qərəzli məlumatların sayı artır. Sənəd ölkə jurnalistlərini obyektiv, balanslı informasiyalar verməyə çağırır.



İctimaiyyət nümayəndələri, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də ölkə mediasına oxşar müraciətlər ediblər.
XS
SM
MD
LG