Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:05

Gürcüstan Prokurorluğu medianı təkzib edir


Səs: Real audio
Bu, 50 milyon avroya başa gələcək İyulun 28-də bir neçə informasiya agentliyi Gürcüstan Baş Prokurorlugunun «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində təqsirləndirilən Tahir Xubanov və Teymuraz Əliyevi Azərbaycana təhvil verməkdən imtina etməsi barədə xəbər yayıb.



Guya Gürcüstan Baş Prokurorlugu Azərbaycan tərəfdən jurnalistin qətli ilə baglı cinayət işinin materiallarını istəyib.



Gürcüstan Baş Prokurorlugunun Mətbuat Xidmətinin rəhbəri Xatuna Tsxvedyaşvili «Azadlıq» radiosuna müsahibəsində məlumatı təkzib edib, bunu «jurnalist uydurması» adlandırıb.



Elmar Hüseynov bu il martın 2-də yaşadığı mənzilin girəcəyində qətlə yetirilib. İşin istintaqını Milli Təhlükəsizlik Nazirliyi aparır. Qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyev beynəlxalq axtarışa verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG