Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:20

"Təkamül" gənclərdə seçki mədəniyyəti formalaşdıracaq


Səs: Real audio
Bu, 50 milyon avroya başa gələcək Yeni yaranan “Təkamül” Gənclərin Həmrəylik Birliyi gənclərdə seçki mədəniyyəti formalaşdırmaq istədiyini deyir.



- “Təkamül” Gənclərin Həmrəylik Birliyini yaratmaqda əsas məqsədimiz seçkiqabağı gənclərin seçki mədəniyyətini formalaşdırmaq, seçki proseslərinin Azərbaycanda da dünya sivilizasiyasına uyğun səviyyədə olmasına çalışmaqdır.



Birliyin sədri Bəsirə Mövsümova seçkilərlə bağlı treninqlər, kurslar təşkil edəcəklərini deyir. Kurslara təcrübəli mütəxəssislər də dəvət olunacaq. Bəsirə Mövsümovanın sözlərinə görə, birlik maarifləndirici yazılarla mətbuatda da çıxış edəcək.



Seçkilərlə bağlı bundan əvvəl də xeyli sayda gənclər təşkilatları yaradılıb. Onların əksəriyyəti əsasən Gürcüstan və Ukraynadakı gənclər təşkilatları kimi fəal siyasi proseslərdə iştirak edirlər. Bəsirə Mövsümova deyir ki, “Təkamül” Birliyi nə iqtidarın, nə də müxalifətin xəttini müdafiə etmir.
XS
SM
MD
LG