Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:30

Paula Dobrianski: «Amerika hökuməti prezident sərəncamının icrasını arzulayır»


Səs: Real audio
ABŞ Dövlət Katibinin müavini avqustda Qarabağ münaqişənin həllində dönüş ola biləcəyini deyir ABŞ Dövlət Katibinin Qlobal Məsələlər üzrə müavini Paula Dobrianski Bakıda keçirdiyi görüşlərdə əsasən qarşıdakı parlament seçkisi ilə bağlı məsələləri müzakirə etdiklərini söylədi. O, ABŞ hökumətinin Azərbaycanda bir seçicinin bir səs verməsini, səslərin sayılması prosesinin müşahidəçilər üçün açıq olmasını və müşahidəçilər arasında Milli Demokratiya və Beynəlxalq Respublikaçılar institutlarının əməkdaşlarının da olmasını istədiyini deyir: «Mən keçirdiyim görüşlərdə bu məsələləri qaldırdım. Aydln olan budur ki, bütün partiyalar bir araya gəlib bunları müzakirə etməli, problemlərin həllinə çalışmalıdırlar».



Xanım Dobrianskinin fikrincə, hökumət bələdiyyə seçkisində baş vermiş 100-ə yaxın saxtakarlıq faktını araşdırmalıdır ki, insanların seçki komissiyalarına və seçki prosesinə inamı artsın.



O, deyir ki, demokratik seçki prosesinin əsas aspektləri prezident İlham Əliyevin 11 may tarixli sərəncamında əksini tapıb: «Amerika hökuməti bu sənədin Azərbaycanın bütün regionlarında hökumət səviyyəsində icrasını arzulayır».



Paula Dobrianski Bakıda keçirdiyi görüşlərdə xaricdə yaşayan azərbaycanlı siyasi mühacirlər məsələsindən də danışıldığını və bunun həllinin vacib olduğunu dedi. Seçki komissiyalarının ATƏT-in təklifilə formalaşdırılması və Amerika hökumətinin buna dair mövqeyinə gəlincə, o deyir ki, ATƏT-in seçkinin keçirilməsində təcrübəsi var və Azərbaycanda da bu təcrübə böyük rol oynaya bilər.



ABŞ rəsmisi hökumətlə müxalifət arasında dialoqun vacib olduğunu deyir: «Dialoqa ehtiyac var, ancaq bu təkcə dialoq olmamalıdır, ortaya çıxan problemlər həllini tapmalıdır, seçkinin azad və ədalətliliyi təmin olunmalıdır».



O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedi ki, danışıqlar konstruktiv istiqamətdə gedir və avqustda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü münaqişənin həllində dönüş nöqtəsi ola bilər.



Paula Dobrianski 2001-ci ildən ABŞ Dövlət Katibinin Qlobal Məsələlər üzrə müavinidir. O, xarici siyasət, demokratiya, insan hüquqları, qaçqınlar və humanitar yardım, ətraf mühit məsələlərinə cavabdehdir.
XS
SM
MD
LG