Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:47

Konqresmen Kris Smit: "Konqresdə seçkilərlə bağlı dərin narahatlıq var"<p align=`left`><br><br>


Səs: Real audio
"Biz Özbəkistanda şahidi olduğumuz hadisələrin təkrarlanmasını istəmirik" ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədr müavini, ABŞ Helsinki Komissiyasının həmsədri konqresmen Kris Smit "Azadlıq" radiosunun müxbiri Kənan Kazımoğlunun suallarına cavab verib.



Sual: Cənab Smit, bu ay Konqresin Nümayəndələr Palatası Azərbaycan hökumətini azad və ədalətli seçkilərə çağıran qətnamə qəbul edib. Bu sənəd Sizin və digər konqresmenlərin təşəbbüsü ilə təsdiq olunub. Konqresi narahat edən nədir?



Cavab: Konqresdə çox ciddi və dərin narahatlıq var və xüsüsilə də, Seçki Məcəlləsinin ATƏT standartlarına uyğun gəlməməsiylə bağlı. Bu isə o deməkdir ki, seçkilər azad və ədalətli olmaya bilər. Bu, çoxlarımızı həddən artıq narahat edir.



Biz inanırıq ki, Azərbaycan xalqı saxtakarlıq və digər oyunlar yolu ilə seçilən yox, özü seçdiyi ən yaxşı hökumətə layiqdir. Ona görə də Numayəndələr Palatası və Senatda həm respublikaçılar, həm də demokratlar arasında dərin narahatlıq var. Amerika xalqı Azərbaycandakı vəziyyətdən narahatdır. Bu məsələdə "Axilles dabanı" (zəif nöqtə - müəllif) seçki komissiyalarıdır. Bu faktdır ki, seçki komissiyaları müxalifətdə olanlara qarşı istifadə olunacaq. Əlbəttə, əgər xalq hazırkı hökumətlə qalmaq istəsə, bu onun öz işidir. Lakin görünür, seçki komissiyaları elə təşkil olunub ki, artıq seçki nəticələri qabaqcadan müəyyən edilib.



Sual: Konqresdə Sizin narahatlığınızı bölüşənlərin sayı çoxdurmu?



Cavab: Bəli, bunu iyulun 20-dəki səsvermə də göstərdi. Nümayəndələr Palatasında qətnamənin lehinə 416, əleyhinə bir nəfər səs verib. Fərqi yoxdur, sən mühafizəkar, liberal, yoxsa mötədilsən. Azərbaycanla bağlı ümümi bir narahatlıq var. Bizim arzuladığımız odur ki, xalqa istədiyi hökuməti seçmək imkanı verilməlidir və hökumət məmurları seçkini saxtalaşdırmamalıdır.



Sual: Sizin Azərbaycan hökumətinə göndərmək istədiyiniz əsas mesaj nədir?



Cavab: Əsas mesaj budur ki, hökumət seçkinin azad və ədalətli olmasını təmin etməlidir. Bu, yalnız səsvermə günü deyil, ona qədərki dövrü də əhatə etməlidir. Yəni, seçici siyahıları qaydasındadırmı? Namizədlərin mediada çıxışı təmin olunurmu? Azad seçkinin digər elementləri də öz yerində olmalıdır. Əks halda, müşahidəçilər seçkinin qeyri-azad və ədalətsiz olduğu nəticəsinə gələcəklər. Bu isə Azərbaycanın imicinə zərbə olacaq. Bizim arqumentimiz odur ki, insanlar verəcəkləri səslərin düzgün hesablanmasına layiqdirlər.



Sual: Buş administrasiyasının diqqətini Azərbaycanda demokratiya və insan haqları məsələlərinə yönəltmək üçün Amerika Konqresi hansı addımlar atır?



Cavab: Biz dövlət katibi Kondoliza Raysa mövqeyimizi aydın çatdırmışıq. Mən hesab edirəm ki, o və prezident Buş bu narahatlıqlarımıza çox diqqətlə yanaşır. Birləşmiş Ştatlar hökuməti Azərbaycandakı seçkilərlə bağlı çox fəal olmalı və mövqeyini açıq bildirməlidir. 2003-cü ildə prezident Buş Gürcüstandakı seçkilərdən əvvəl keçmiş dövlət katibi Ceyms Beykeri Tiflisə ezam etmişdi. Azərbaycan seçkiləri üçün də xüsüsi nümayəndənin təyin edilməsi çox faydalı olardı. Hesab edirəm ki, artıq avqust və sentyabır aylarında Buş hökumətinin diqqəti Azərbaycandakı seçkilərdə olmalıdır. Biz çox ümid edirik ki, administrasiya bizim çox ciddi və aydın görünən narahatlığımıza reaksiya verəcək. Azərbaycan çox gözəl bir ölkədir və bu ölkə azad və ədalətli seçkiyə layiqdir.



Sual: Bu yaxınlarda Vaşinqtonda ATƏT-in Parlament Assambleyasına qatılan Azərbaycan nümayəndələriylə görüşmüsünüz. Siz Konqresin narahatlığını onlara çatdırdınızmı? Onların reaksiy
XS
SM
MD
LG