Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:33

İlham Əliyev Paula Dobrianskini qəbul edib


Səs: Real audio
ABŞ Dövlət Katibinin müavini: «İnsanlar qarşıdan gələn parlament seçkisinə böyük maraq göstərirlər» İyulun 27-də prezident İlham Əliyev ABŞ Dövlət Katibinin Qlobal Məsələlər üzrə müavini Paula Dobrianskini qəbul edib.



Dövlət başçısı xanım Dobrianskinin səfərinin ikitərəfli məsələləri müzakirə etmək üçün yaxşı imkan yaratdığını deyib: «Əməkdaşlığımız müxtəlif sahələri əhatə edir və uzun müddətdir uğurla inkişaf edir».



Cənab Əliyev təhlükəsizlik, sülhməramlı əməliyyatlar, demokratik inkişaf sahələrində ABŞ hökumətinin Azərbaycana böyük kömək göstərdiyini bildirib.



Paula Dobrianski isə deyib ki, iki ölkə arasında möhkəm tərəfdaşlıq vardır: «Biz Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk».



ABŞ Dövlət Katibinin müavini qarşıdan gələn parlament seçkisinin Azərbaycanın demokratik inkişafında mühüm rol oynayacağını söyləyib. «Birləşmiş Ştatlar bu prosesdə Azərbaycana kömək göstərməyə hazırdır. İnsanlar qarşıdan gələn parlament seçkisinə böyük maraq göstərirlər» - deyə, xanım Dobrianski vurğulayıb.
XS
SM
MD
LG