Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:49
Rubrikalar

«Xəzər-Lənkəran» ümidini itirmir


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək - İyulun 28-də UEFA Kuboku uğrunda növbəti matçda Lənkəranın «Xəzər» komandası Kişinyovun «Nistru» komandasıyla qarşılaşacaq. Oyun Bakıda Tofiq Bayramov adına stadionda olacaq. İyulun 27-də «Xəzər-Lənkəran» son məşqini keçirib. Komandanın baş məşqçisinin müavini Nazim Süleymanov bildirir ki, onlar stadiona qələbə üçün çıxacaqlar.



«İlk oyunda yol verdiyimiz səhvləri gərək təkrar oyunda düzəldək. Mütləq qələbə qazanmalıyıq... Oyuna ciddi hazırlaşırıq, futbolçular arasında əhval-ruhiyyəni qaldırırıq ki, oyun yüusək səviyyədə keçsin».



İlk oyunda «Xəzər Lənkəran» «Nistru»ya 3:1 hesabı ilə məğlub olmuşdu.



- Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış edən «Neftçi» komandası isə iyulun 26-da Belçikanın «Anderlext» komandasına 5:0 uduzub.



- Sankt-Peterburqda hərbçi cüdoçular arasında dünya çempionatı başa çatıb. 26 ölkədən 300-dən artıq cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub.



Çempionatın şəxsi yarışlarında Yusif Alməmmədov (66 kq) və Qədir Qədirov (90 kq) gümüş, Zaur Paşayev (74 kq) və Sima Hüseynova (52 kq) isə bürünc medal qazanıblar. Komanda hesabında Azərbaycan yığması 5-ci olub.



- İyulun 28-də İranda karatenin WKF versiyası üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. 100-dən artıq ölkə idmançılarının iştirak edəcəyi turnirdə Azərbaycan 17 karateçi ilə təmsil olunacaq.



- Azərbaycanın futbol üzrə yığma komandası dünya çempionatına hazırlıq məqsədilə avqustun 17-də Albaniyada bu ölkənin yığma komandası ilə yoxlama oyunu keçirəcək. Azərbaycan yığması dünya çempionatının qrup seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də səfərdə Şimali İrlandiya, sentyabrın 7-də isə Bakıda Avstriya komandası ilə qarşılaşacaq.
XS
SM
MD
LG