Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

"Azadlıq" bloku 96 dairədə vahid namizədlərini müəyyənləşdirib<p align=`left`><br><br>


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək «Azadlıq» seçki bloku 96 dairədə vahid namizədlərini müəyyənləşdirib. AXCP-nin sədri Əli Kərimlinin sözlərinə görə, 81 dairədə bloka üzv olan partiyaların hər birindən 27 nəfər olmaqla namizədlər irəli sürüləcək: «15 dairədən isə cəmiyyətdə nüfuza malik, heç bir partiyaya üzv olmayan bitərəflərin namizədliyi veriləcək. Blok Yasamal rayonu 17 saylı dairədən Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyevanın xeyrinə namizəd verməməyi qərara alıb».



Cənab Kərimli yerdə qalan 27 dairədən irəli sürüləcək namizədlərlə bağlı müzakirələrin davam etdirildiyini deyir.



«Azadlıq» seçki bloku ADP-AXCP-Müsavat partiyaları tərəfindən təsis edilib.
XS
SM
MD
LG