Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:21

Media təşkilatları ölkə jurnalistlərinə müraciət etdi


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək Mətbuat və Milli Televiziya və Radio şuraları ölkə mediasını seçkiqabağı ədalətli olmağa, hadisələri obyektiv, qərəzsiz və tərəfsiz işıqlandırmağa çağırırlar.



Hər iki qurumun ölkə mediasına birgə ünvanladığı müraciətdə belə deyilir.



Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov müraciətin indi verilməsinin səbəbini mediada yaranmış qarşıdurmayla izah edir.



O, çağırışın yerinə yetiriləcəyinə əmin deyil.



2003-cü il prezident seçkisi ərəfəsində Mətbuat Şurasının oxşar cəhdləri uğursuz olmuşdu.



Bu il iyulun 13-də bir qrup media orqanı «Kütləvi İnformasiya Vasitələrinin Seçki Kampaniyalarında Davranış Kodeksi» adlı sənəd imzalayıb. Sənədin monitorinqini Mətbuat və Milli Televiziya və Radio şuraları, Mərkəzi Seçki Komissiyası həyata keçirməlidir.



Ə.Amaşov monitorinqin hələ başlanmadığını deyir. «Gələn həftə Avropa Şurasının ekspertləri Bakıya gəlir. Onlarla görüşdə monitorinqin mexanizmi müzakirə olunacaq» - deyə, o fikrini yekunlaşdırır.
XS
SM
MD
LG