Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:31

«Pakistan Azərbaycanın hərbi sənaye kompleksinə dəstək verəcək»


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək «Yeni Azərbaycan» qəzetindəki «Gürcülər və ermənilər arasında etnik toqquşma» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, ermənilər kilsədə təmizlik aparan gürcü tələbələri döyüb, din xadimlərini isə mənəvi və fiziki təhqirlərə məruz qoyublar. Müəllif yazır ki, təbii olaraq gürcülər ölkədə etnik münaqişənin başlanmasında maraqlı deyillər. Xüsusilə də rəsmi dairələr ermənilərin tələblərinin yerinə yetirilməsinə o qədər də həvəs göstərmirlər. O tələblər ki, onların arxasında heç vaxt reallaşmayacaq iddialar dayanır.



«Bakı-Xəbər» qəzetindəki «MTN-in bostanında «narkotranzit daşı» başlıqlı məqalədə Tofiq yazır ki, Daxili İşlər naziri Ramil Usubov Əfqanıstan-İran-Azərbaycan marşrutu ilə narkotik maddələrin daşınmasının real olduğunu və bundan narahatlıq keçirdiklərini bildirib. Nazir deyib ki, narkotiklərin heç də hamısı Azərbaycanda qalmır, başqa MDB ölkələrinə də göndərilir. Müəllif yazır ki, indi narkotiklərə qarşı əməliyyatlar keçirən Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bundan əvvəl Daxili İşlər Nazirliyində Narkotiklərlə Mübarizə İdarəsinə rəhbərlik edib. Nazir təyin olunandan sonra isə ilk ciddi işlərindən biri vaxtilə çalışdığı qurumdakı yüksək rütbəli həmkarlarını həbs etməsi oldu. Məqalədə bildirilir ki, cənab Mahmudov həbs olunan şəxslərdən R.Usubova qarşı kompromat dolu ifadələr almağa da müvəffəq olub.



«Ayna» qəzetindəki «Pakistan Azərbaycanın hərbi sənaye kompleksinə dəstək verəcək» başlıqlı məqalədə Cəsur Sümərinli yazır ki, rəsmi İslamabad Azərbaycan silahlı qüvvələrinin güclənməsində maraqlıdır və bu səbəbdən ölkənin hərbi sənaye kompleksinin inkişafına xüsusi yardım göstərmək niyyətindədir. Məqalədə bildirilir ki, yaxın vaxtlarda Pakistanın Müdafiə Nazirliyinin bir qrup mütəxəssisi Azərbaycana səfər edəcək. Müəllif yazır ki, səfərin gedişində onlar ölkənin hərbi sənaye kompleksi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG