Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

Cücələrin yumurtadan çıxmasını sürətləndirən cihaz ixtira olunub


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək Bakı Dövlət Universiteti “Biostimulyator” elmi-tədqiqat laboratoriyasının əməkdaşları broyler təsərrüfatında məhsuldarlığı artırmaq məqsədilə cihaz ixtira etdiklərini deyirlər.



Laboratoriyanın elmi işçisi Aftandil Musayevin sözlərinə görə, hazırlanması ucuz başa gələn bu cihazın həm də çox böyük iqtisadi səmərəsi var. Bu barədə daha ətraflı Aftandil Musayevin özündən eşidək.



- Quşçuluq sənayesində dünya alimlərinin müəyyən etdiyi iqtisadi səmərə verən bir çox metodlardan istifadə olunur. Amma bizim etdiyimiz ixtira bugünədək edilmiş ixtiralardan tam fəqlidir. Bizim ixtira etdiyimiz cihaz vasitəsilə əlavə yem, pul sərf etmədən məhsuldarlığı artırmaq mümkündür. Belə bir ixtiranın tətbiqi hamıya xeyirdir. İstənilən quşçuluq fabriki bunu tətbiq etməklə öz məhsulunun qiymətini aşağı sala bilər. Yəni, əgər o əlavə bu qədər gəlir əldə edirsə, bu gəlirin hesabına istehsal etdiyi toyuğun, yumurtanın qiymətini aşağı sala bilər.



- Bu cihazın tətbiqinin məhsuldarlığın artmasına konkret təsiri nədədir?



- Əgər indi inkubatorlarda cücələrin yumurtadan çıxma müddəti 21-22 sutkadırsa, biz bu müddəti 1 sutka azaldırıq, yəni rüşeym inkişafını sürətləndiririk. Bu da kifayət qədər elektrikə qənaət deməkdir. Bu, həm də cücələrin sinxron olaraq yumurtadan çıxmasına, yəni, az vaxt ərzində, məsələn, 3-5 saat ərzində 70 min cücənin yumurtadan çıxmasına səbəb olur. Bu isə yetişdirmə müddətində cücələrin sağ qalma faizini 10-12% artırır. İkinci tərəf cücələrin çəki artımıdır. Hər bir cücənin orta çəkisi 57-193 qram yüksək olur. Əlavə yem sərf etmədən bu səmərəliliyi əldə etmək olur.



- Cihazın sayını artırmaqda hər hansı bir problem, məsələn, maddi problem ortaya çıxa bilərmi?



- Orada heç bir problem yoxdur. Bu cihazı istənilən kiçik müəssisə də düzəldə bilər. Quruluşca çox sadədir. Bir quşçuluq fabriki üçün bir cihaz kifayət edir. Hər bir inkubator üçün mərkəz bir yerdən idarə olunmaq şərti ilə ayrı-ayrı xətlər çəkmək mümkündür. Cihazın hazırlanması maddi baxımdan da çox ucuz başa gəlir. Hətta bir maqnitafon qiymətindən də ucuz.
XS
SM
MD
LG