Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Birləşmiş Ştatlarda daha bir oxumaq şansı


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək Bakalavr dərəcəsi və bir neçə il iş təcrübəsi olan gənclərin Amerika Birləşmiş Ştatlarında 9 ay təhsil almaq imkanı var.



Amerika səfirliyi tərəfindən elan olunmuş “Hubert Humphrey Fellowship” proqramı vasitəsilə müxtəlif sahələr – iqtisadi inkişaf, maliyyə-kredit, insan hüquqları, jurnalistika və s. sahələr üzrə təhsil almaq mümkündür.



Bakı Təhsil Mərkəzinin direktoru Bahar Hacızadə deyir ki, imtahan bir neçə mərhələdən ibarətdir.



- Əvvəlcə müraciət forması doldurulur, daha sonra müsahibə mərhələsidir. Müraciət edənlər TOEFL imtahanından da keçməlidirlər, bu imtahanda minimum 525 bal toplamaq lazımdır.



Müraciət formaları sentyabrın 16-dək qəbul olunur. Yalnız bu mərhələdən keçən iştirakçılar müsahibəyə çağırılır.



Əlavə məlumatı Bakı Təhsil Mərkəzinin saytından da oxuya bilərsiz. Mərkəzin elektron ünvanı belədir: www.beic.aznet.org
XS
SM
MD
LG