Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08
Rubrikalar

Hakimlər parlamentdə idmançıların olmasını istəyirlər


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək "1001 seçici"nin bugünkü qonaqları futbol hakimləridir: respublika dərəcəli hakim Əhmədağa Cabbarov və FIFA referesi İmanxan Sultani.



Əhmədağa Cabbarova görə, idmançılar da parlamentdə təmsil olunmalıdırlar: "Bunun dünya üzrə bariz nümunələri var. Məsəl üçün, Türkiyə qanunlarına uyğun olaraq, olimpiya çempionu olmuş hər bir türk vətəndaşı avtomatik olaraq Böyük Millət Məclisinin üzvü olurlar... Ancaq əgər bizim parlamentdə idmançılar olsaydı da, onlar "əl idmançıları" olacaqdı. Əsl idmançıların ora düşməsi üçün yolları bağlıdır... Yaxşıların yaxşıları əfsuslar olsun ki, parlamentdən və dövlət idarəsindən kənarda qalıblar. Onlar cəlb olunsa, seçilsələr, biz istəyən olacaq".



İmanxan Sultani isə həm də orduda və hüquq-mühafizə orqanlarında, o cümlədən polisdə islahatın tərəfdarıdır: "Ordumuz daha da qüdrətli olmalıdır. Buraxılan pul artırılmalıdır. NATO sistemiylə oxuyan zabitləri qabağa çəkmək lazımdır... Bundan başqa, hüquq-mühafizə orqanlarında böyük dəyişikliklər olmalıdır. Polisdə də böyük islahatlar olmalıdır. Müasir tələblərə uyğun olmalıdır. Düzdür, orda bəzi islahatlar gedir, ancaq məncə, kifayət qədər deyil. Xarici ölkədə polisə baxanda başa düşürsən ki, o, bu ölkəni təmsil edir, hökumət nümayəndəsidir. Yəni, qürurla baxırsan ki, bu, həqiqətən də polisdir. Amma bizdə polisə, qanun keşikçisinə baxanda bu, nəsə hiss olunmur".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG