Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Paula Dobrianskinin səfərindən nə gözləmək olar?


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək "Çox təəssüf ki, istər beynəlxalq təşkilatlar, istərsə də beynəlxalq güclər Qarabağ münaqişəsinin həllinə seçkilərə göstərdikləri marağın heç yarısı qədər maraq göstərmirlər".



Bu fikri hakim Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov ABŞ dövlət katibinin müavini Paula Dobrianskinin Azərbaycana səfərinə münasibət bildirərkən dilə gətirib. Onun sözlərinə görə, əslində mövcud təzyiqləri Azərbaycan hökumətinə yox, bütünlükdə Azərbaycana yönəlik təzyiqlər kimi qavramaq lazımdır. Əli Əhmədov deyir ki, Azərbaycan hökumətinə edilə bilən təzyiqlər mahiyyətcə Azərbaycana edilən təziqlərdir.



Azərbaycan müxalifəti isə 2003-cü ildən fərqli olaraq, indi ABŞ-ın Azərbaycandakı seçkilərlə bağlı tutduğu mövqedən narazı deyil. Əksinə, Müsavat başqanı İsa Qəmbər hesab edir ki, Qərbin aparıcı ölkələrinin mövqeyi Azərbaycan ictimaiyyətinin mövqeyi ilə tamamilə üst-üstə düşür.



İsa Qəmbər deyir ki, xanım Dobrianskiylə görüşdə də onlar seçki prosesiylə bağlı bir sıra məsələləri gündəliyə gətirmək niyyətindədirlər. Çünki, onlar hesab edirlər ki, hakimiyyət seçki mühitinin demokratikləşdirilməsi istiqamətində gözləntiləri həyata keçirməməklə həm demokratik dünyanın, həm də ölkə ictimaiyyətinin maraqlarına qarşı çıxış etmiş olur.



İndi müxalifət düşərgəsində Qərbin demokratik maraqları iqtisadi maraqlara qurban verəcəyi ilə bağlı pessimist əhval-rühiyyə yoxdur.



Bununla belə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, hakimiyyət seçkilər məsələsini alver mövzusuna çevirməyə cəhd göstərəcək. Ancaq onun fikrincə, bu təşəbbüslər heç bir nəticə verməyəcək. Çünki, ABŞ 2003-cü ilə qədər bu regionda buraxılan səhvləri bir daha təkrarlamaq istəmir.



Ərəstun Oruclunun sözlərinə görə, yaxşı olardı ki, Azərbaycan hakimiyyəti seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində səylərini artıraydı. Əks halda hakimiyyət öz üzərində daha çox təzyiqlər hiss edəcək. Ərəstun Oruclunun deməsinə görə, Azərbaycan həkimiyyəti hələ ki, bu gerçəkliyi qəbul etmək istəmir.
XS
SM
MD
LG