Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:28
Rubrikalar

Dövlət hesabına kənd təsərrüfatı texnikası alınacaq


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək - Azərbaycan Mikromaliyyələşdirmə Bankı Beynəlxalq Maliyyə Korporasiyasından 3 milyon dollarlıq kredit alıb. "AzərTAc" agentliyinin məlumatına görə, kredit 5 il müddətinə ayrılıb. Kreditin şərtlərinə görə, vəsait kiçik müəssisələrin layihələrinə sərf olunmalıdır.



Mikromaliyyələşdirmə Bankı kiçik və orta sahibkarları dəstəkləmək üçün 5 beynəlxalq maliyyə qurumu tərəfindən yaradılıb.



- Azərbaycan taxılçılarının tələbatını ödəmək üçün 4 minə yaxın kombayn lazımdır. Amma 1998-ci ildən indiyədək ölkəyə yalnız 1300-ə yaxın kənd təsərrüfatı texnikası gətirilib.



Kənd Təsərrüfatı Nazirliyi texnika alınması üçün gələn il "Aqrolizinq" Səhmdar Cəmiyyətinə 150 milyard manat (təxminən 3 milyon 200 min dollar) ayırmağı nəzərdə tutur. Nazirlikdən aldığımız məlumata görə, 1 kombaynın qiyməti təxminən 15-40 min dollardır.



- "Günəşli" yatağında bir neçə quyu qazılmasına baxmayaraq yataqdan təbii qaz hələ də çıxarılmır. Səbəb isə qaz yığımı və nəqli sisteminin indiyədək qurulmamasıdır. Dövlət Neft Şirkətindən aldığımız məlumata görə, artıq sistemin yaradılmasına başlanılıb. "Günəşli" yatağından ən yüksək hasilat 2008-ci ildə gözlənilir.



- İyulun 26-dan Rusiyadan Azərbaycana ötürülən təbii qaz dayandırılıb. Qonşu ölkədən mavi yanacağın idxalı iyulun 29-da bərpa olunacaq.



- İyulun 27-də Şimali Kiprə gedəcək 100 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti turizm sahəsində əməkdaşlığı müzakirə edəcək.



İyulun 26-da isə 38 nəfərlik iş adamları qrupu Şimali Kipr prezidenti ilə görüşüb. Ticarət və sənaye sahələrində qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb.



1974-cü ildə özünü müstəqil elan etmiş Şimali Kipr hələlik dövlət kimi tanınmır. Türkiyədən 31 il sonra bu ölkə ilə ilk dəfə iqtisadi əlaqələr yaradan Azərbaycandır.



- İndi də valyuta məzənnələri haqqında. Milli Bankın məlumatına görə, 1 dollar 4698 manat, 1 rubl 163 manat, 1 avro isə 5653 manatdır.
XS
SM
MD
LG