Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:36

«Azadlıq» bloku namizədlərini müəyyənləşdirdi


Səs: Real audio
Rəsul Quliyev Xətai, Əli Kərimli Suraxanı, İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək ADP-AXCP-Müsavatın təsis etdiyi «Azadlıq» seçki bloku parlament seçkisinə qatılacaq namizədlərini müəyyənləşdirib. AXCP-nin sədr müavini Fuad Mustafayev siyahının rəsmi olaraq iyulun 27-də açıqlanacağını deyir.



ADP sədri Rəsul Quliyev Xətai, AXCP sədri Əli Kərimli Suraxanı, Müsavat Partiyasının başqanı İsa Qəmbər isə Nərimanov rayonundan namizədliyini irəli sürəcək.



Müsavat Partiyasından Arzu Səmədbəylinin sözlərinə görə, hadisələrin gedişindən asılı olaraq başqa blokların namizədlərinin xeyrinə güzəşt edilə bilər: «Amma indiki halda heç bir blokla rəsmi anlaşma olmadığından bütün dairələr üzrə namizədlər siyahısını MSK-ya təqdim edəcəyik».



ADP sədrinin müavini Sərdar Cəlaloğlunun sözlərinə görə isə siyahıda təsisçi partiyalar paritet əsaslarla təmsil edilib. O, bildirir ki, siyahıda bloku təsis edən partiyaların üzvü olmayan şəxslərin də adları var: «Məsələn, Lalə Şövkət Hacıyeva kimi. Belə namizədlərin sayı 20-yə yaxındır».

Günün bütün mövzuları

XS
SM
MD
LG