Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

12 ildən sonra Naxçıvanda mitinq keçirildi<p align=`left`><br><br>


Səs: Real audio
Nazilə Qabulova adlı şikayətçi zoraklığa məruz qaldığını bildirir İyulun 26-da Naxçıvanda azad və ədalətli seçki tələbi ilə mitinq keçirilib. Aksiya şəhər mərkəzi avtovağzalının yanında baş tutub. Mitinqin təşkilatçısı AXCP Naxçıvan təşkilatının sədri Asəf Quliyevin sözlərinə görə, rayonlardan aksiyaya qatılmaq istəyən şəxslərin qarşısı müxtəlif bəhanələrlə alınıb: «Bəziləri geri qaytarılıb, digərləri döyülüb, bir qisim isə həbs olunub». Cənab Quliyev mitinqdən əvvəl muxtar respublika hüquq-mühafizə orqanlarının təşkilat fəallarını aksiyaya qatılmamaq üçün xəbərdar etdiklərini də bildirir.



Aksiya sanksiyalaşdırılmış olduğundan heç bir insident olmayıb.



Mitinqi ATƏT-in Bakı Ofisinin nümayəndələri Andreas Buş, Elvin Əliyev və Ülvi Axundlu müşahidə edib, monitorinqini aparıblar.



Bu, 1993-cü ilin oktyabr ayından bəri Naxçıvanda ilk mitinqdir.



AXCP-nin Naxçıvan təşkilatı növbəti aksiyanı avqustun 7-ə planlaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG