Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:14
Rubrikalar

Qadın voleybolçular turnirə uğurla başladılar


Səs: Real audio
Nazilə Qabulova adlı şikayətçi zoraklığa məruz qaldığını bildirir - Qubada keçirilən Dünya kubokunun "Qran-Pri" turnirində Azərbaycanın qadın voleybolçuları ilk oyunda Bolqarıstan millisini 3:1 hesabıyla məğlub ediblər. Faiq Qarayevin yetirmələri ikinci oyununu iyulun 27-də Almaniya yığmasına qarşı keçirəcək.



Turnirdə Avropanın 8 komandası iki yarımqrupda mübarizə aparır. İlk 3 yeri tutan komandalar Dünya kubokunun İtaliyada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.



- İyulun 26-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları start götürəcək. «Neftçi» Belçikada «Anderlext» komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23.30-da başlanacaq.



- İyulun 27-də Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığma komandası Polşaya yola düşür. Onlar «B» kateqoriyalı beynəlxalq turnirdə iştirak edəcəklər. Cüdo Federasiyasının əməkdaşı Elnur Kələntərlinin verdiyi məlumata görə, tkrnirdə Azərbaycanı 8 cüdoçu təmsil edəcək.



- İyulun 29-da İsveçdə şahmat üzrə növbəti Avropa çempionatı start götürəcək. Kişilər arasında 41, qadınların yarışında isə 27 yığma komanda mübarizə aparacaq. Azərbaycanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Qədir Hüseynovdan ibarət yığma komanda təmsil edəcək. Azərbaycanın qadınlardan ibarət komandası isə qitə birinciliyində iştirak etməyəcək.



- Azərbaycanın qadınlardan ibarət otüstü xokkey üzrə yığma komandası Ukraynada təlim-məşq toplantılarını davam etdirir. Məqsəd sentyabrın 5-də Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıqdır.
XS
SM
MD
LG