Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:50

İyulun 27-də Azərbaycandan Şimali Kiprə ilk təyyarə uçacaq


Səs: Real audio
«Seçkilə bağlı sorğunun etibarlı nəticələr əldə etməsində vicdanlı iştirak mühüm əhəmiyyət kəsb edir» İyulun 27-də Azərbaycandan tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) ilk təyyarə reysi yola düşür.



Həmin reyslə Azərbaycan və Türkiyə sahibkarlarından ibarət nümayəndə heyəti Şimali Kiprə gedəcək. Onlar iyulun 28-də ölkənin prezidenti Məmmədəli Tələt və onun keçmiş həmkarı Rauf Denktaşla görüşəcəklər. Bu barədə Azərbaycan Türkiyə İş Adamları Birliyinin rəhbəri, «Ata Holdinq»in Direktorlar Şurasının sədri Əhməd Erentok məlumat verib.



Tərəflər bank, turizm, söğorta və s. sahələr üzrə bir neçə müqavilə imzalayacaq. Cənab Erentok onu da deyib ki, Şimali Kiprlə Azərbaycan arasında təyyarə reyslərinin açılmasıyla bağlı sazişin imzalanacağı da gündəlikdə olan məsələlərdəndir. Səfər çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan sərgi keçiriləcək, film nümayış etdiriləcək.



Səfər iyulun 31-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG