Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:41

«Daxili İşlər Nazirliyində hərarət qalxır»


Səs: Real audio
«Seçkilə bağlı sorğunun etibarlı nəticələr əldə etməsində vicdanlı iştirak mühüm əhəmiyyət kəsb edir» «Yeni Azərbaycan» qəzetindəki «Terror aktlarının törədilməsində müəyyən dairələr maraqlıdır» başlıqlı məqalədə Mais Piriyev yazır ki, qətl və dağıntılar bəzən ABŞ və Qərb ölkələrinin maraqlarına daha çox uyğun gəlir. Niyə indiyə qədər Bin Laden tutulmayıb? Necə ola bilər ki, Gürcüstanda Buşu öldürmək istəyən Artunyanı on minlərlə adamın içində tapa bilirlər, amma dünyanın bir nömrəli terrorçusunu yox? Müəllif yazır ki, bu gün terror artıq ideoloji məsələ olmaqla yanaşı, həm də sosial problemə çevrilib. Məqalədə bildirilir ki, iqtisadi çətinliklər içərisində boğulan insanın son nəticədə terrorçuya çevrilib, kamikadze olması ehtimalı böyükdür.



«Bakı-Xəbər» qəzetindəki «Daxili İşlər Nazirliyində hərarət qalxır» başlıqlı məqalədə Tofiq yazır ki, nazir Ramil Usubovun ANS televiziyasına verdiyi müsahibə bir sıra məsələlərə aydınlıq gətirsə də, eyni sayda da suallar doğurdu. Müəllifə görə, cənab Usubovun sensasiyalı açıqlamasının anonsuna baxanda düşünmək olardı ki, yəqin sonda nazir istefaya getdiyini bəyan edəcək. Ən azı ona görə ki, səs-küylü cinayətlər törətmiş şəxslər onun rəhbərlik etdiyi nazirlikdə maneəsiz fəaliyyət göstəriblər. Məqalədə bildirilir ki, bu hadisələr elə bir qurumda baş verir ki, onun rəhbərliyi, şəxsən nazir özü illər boyu müxalifət liderlərini ağır cinayətlərdə ittiham edib.



«Xalq Cəbhəsi» qəzetində «İran «dar ağacına» gedən yolda» başlıqlı məqalədə Coşqun Məmmədli yazır ki, psixoloji təzyiq vasitəsi olan edam rejimin dayaqlarını zəiflədir. Müəllif qeyd edir ki, təkcə son bir il ərzində İranda 108 nəfər edam olunub, 45 millət vəkili məhkəməyə çağırılıb, 35 qəzet bağlanıb, bir jurnalist öldürülüb, 343 mətbuat nümayəndəsinə qarşı cinayət işi qaldırılıb. Məqalədə bildirilir ki, bütün etirazlara baxmayaraq hakimiyyətdə olan qüvvələr edamlardan rejimi qorumaq üçün təsir vasitəsi kimi istifadə etməkdə davam edirlər.
XS
SM
MD
LG