Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:54

Prezident tələbələrin təqaüdlərinin artırılacağını deyir


Səs: Real audio
İlham Əliyev: «Ölkədəki sabitliyi pozmağa cəhd göstərənlərə layiqli cavab veriləcək» «Bu ilin sentyabrından başlayaraq tələbələrin təqaüdləri üç dəfə artırılacaq».



Bu sözləri iyulun 25-də Qubaya gələn prezident İlham Əliyev deyib.



Hazırda dövlət ali məktəblərində pulsuz təhsil alan tələbələr 28 min, yaxşı oxuyan tələbələr 48 min, əlaçılar isə 68 min manat təqaüd alır.



O, noyabr seçkisinin azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılacağını bildirib: «Sabitliyi pozmağa cəhd göstərənlərə isə layiqli cavab veriləcək».



Cənab Əliyev yerli sakinlərlə görüşündə deyib ki, ölkədə 250 min iş yeri açılıb. Bunun 95 faizi bölgələrin payına düşür. 2008-ci ilədək daha 350 min iş yeri açılacaq.



O, gələn il sahibkarlığın inkişafına 400 milyard manat vəsait ayrılacağını da bildirib. «Bakı-Rostov yolu isə yenidən qurulacaq» -deyə, prezident vurğulayıb.



İ.Əliyev rayondakı dağ yəhudiləri ilə görüşündə işğal olunmuş torpaqların istənilən yolla azad olunacağını bəyan edib.



Rayon mərkəzində boyaq sexinin açılışına qatılan dövlət başçısı müəssisənin fəaliyyəti ilə tanış olub. İlham Əliyev 150 min ABŞ dolları həcmində investisiya hesabına yenidən qurulan xalçaçılıq müəssisəsinin fəaliyyətindən razı qaldığını söyləyib.



Günün birinci yarısında prezident həmçinin yeni inşa edilmiş 3 saylı Regional Vergilər İdarəsinin binasının açılış mərasiminə qatılıb.



Axşam saat 18 radələrində isə dövlət başçısı Quba Olimpiya Kompleksində qran-pri mükafatı uğrunda qadın voleybolçuların beynəlxalq yarışının açılışında iştirak edib.



İyulun 26-da prezidentin Xaçmaza gələcəyi bildirilir.
XS
SM
MD
LG