Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:46
Rubrikalar

Avtomobil idxalı 63 faiz artıb


Səs: Real audio
Etibar Məmmədov: «Hüquq-mühafizə orqanlarının işi bəyanat vermək deyil» - Sentyabrda Azərbaycanla Qazaxıstanın neft ixracı haqda müqavilə imzalayacağı gözlənilir. Hazırda birgə komissiya Azərbaycan ərazisi ilə qazax neftinin tranzit tariflərini razılaşdırmağa çalışır.



Qazaxıstanın Bakıdakı səfirliyindən aldığımız məlumata görə, müqavilənin mümkün qədər tez imzalanmasına çalışılır.



Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Məmməd Mirzəyevin sözlərinə görə, Qazaxıstan gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə 20 milyon ton neftin ixracı haqda danışıqlar aparır. Bu istiqamətə yönəldiləcək neft "Kaşağan" yatağından 2008-ci ildə çıxarılmağa başlayacaq. 2010-cu ildə isə BTC ilə 25 milyon ton xam neftin göndərilməsi planlaşdırılır.



- İnternet və digər kommunikasiya vasitələrini sürətləndirəcək fiber-optik kabel xətti gələcəkdə Şuşaya qədər çəkiləcək. Bu məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Rəvan Soltanovdan almışıq.



Onun verdiyi məlumata görə, hazırda fiber-optik xəttin Əlibayramlı-Sabirabad hissəsinin tikintisi sona çatmaq üzrədir. Bu yaxınlarda isə Bərdə -Ağcabədi xətti tikiləcək ki, bunun da bir qolu Ağdam rayonunun Quzanlı kəndindəki 512 nömrəli ATS-ə qoşulacaq. Gələcəkdə həmin xəttin Ağdam və Xankəndindən keçməklə Şuşaya qədər uzadılması layihəsi artıq hazırdır.



- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız digər məlumata görə, bu yaxınlarda Bakıda yeni ATS-lər açılacaq. 94/95 ATS-nin əhatə etdiyi bölgədə 484 indeksli nömrələr üçün elektron ATS quraşdırılacaq. 20-ci yaşayış sahəsində isə 481 saylı ATS yaradılacaq.



- Bu ilin 6 ayı ərzində Azərbaycana 18 min yeni avtomobil gətirilib. "AzərTAc" agentliyinin məlumatına görə, bu ötən ilki dövrlə müqayisədə 63 faiz çoxdur. Yeni tikilən binaların sayı da artıb. Artım ötən ilə nisbətən 40 faizdən çox olub.



- Milli Bankın məlumatına görə, 1 dollar 4698 manat, 1 avro 5660 manat, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG