Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:08
Rubrikalar

Qubada "Qran-Pri" turnirinə start verildi


Səs: Real audio
Etibar Məmmədov: «Hüquq-mühafizə orqanlarının işi bəyanat vermək deyil» - İyulun 25-də Qubadakı Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında "Qran-Pri" turnirinin açılışı olub.



Turnirin oyunları iyulun 26-da start götürəcək. Turnirdə Avropanın 8 komandası mübarizə aparacaq.



Voleybol Federasiyasının əməkdaşı Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, Azərbaycan yığmasının ilk oyunu iyulun 26-da olacaq.



Turnirdə ilk üç yeri tutan komanda İtaliyada keçiriləcək Dünya kuboku yarışının final mərhələsinə vəsiqə qazanacaq.



- İyulun 26-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının «Neftçi» komandası Belçikada bu ölkənin çempionu «Anderlext»lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.30-da olacaq.



«Neftçi» birinci təsnifat mərhələsinin hər iki görüşündə İslandiyanın «Hafnarfyordur» komandasına qalib gəlmişdi.



- İsrailin paytaxtı Təl-Əvivdə yəhudilərin 17-ci "Makkabiada" adlanan idman oyunları başa çatıb. Turnirdə Azərbaycan idmançıları – cüdo yarışlarında Aleksandr Modvinkin, karate yarışlarında isə Elnur Rafaelov bürünc medal qazanıblar.



- Azərbaycanın cüdo üzrə yığma komandası dünya çempionatına hazırlıq məqsədilə Minskdə beynəlxalq təlim-məşq toplantısında iştirak edir. Məşqlər avqustun 4-dək davam edəcək. Dünya çempionatının startı sentyabrın 7-də Qahirədə veriləcək.



- İyulun 24-də sərbəst güləş üzrə Azərbaycan çempionatı sona çatıb. İbad Məmmədov (60 kq), Sahib Mirzəyev (74 kq) və Müslüm Müslümov (96 kq) ilk üç yerin sahibi olublar.
XS
SM
MD
LG