Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Turqay Bayramov iki il müddətinə azadlıqdan məhrum edildi<p align=`left`><br><br>


Səs: Real audio
Etibar Məmmədov: «Hüquq-mühafizə orqanlarının işi bəyanat vermək deyil» «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinə köməklikdə təqsirləndirilən Turqay Bayramov iki il müddətinə azadlıqdan məhrum edildi.



İyulun 25-də Nizami rayon Məhkəməsində hakim Hüseyn Hüseynovun sədrliyi ilə keçən prosesdə o Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədi saxtalaşdırma və istifadə etmə) maddəsi ilə təqsirli bilindi.



Turqay Bayramovun vəkili Namizəd Səfərov hökmü sifarişli sayır və hesab edir ki, bu, cəmiyyətdə jurnalistin qətli ilə bağlı yaranmış narazılığı səngitməyə yönəlmiş bir addımdır.



T.Bayramov E.Hüseynovun qətlində şübhəli bilinən Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanova mobil telefon almağa köməklikdə ittiham edilirdi. Onun məhkəmə prosesi bu il iyunun 22-də başlamışdı.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də yaşadığı binanın girişində qətlə yetirilib. İşin istintaqını Milli Təhlükəsizlik Nazirliyi aparır. Qətldə şubhəli sayılan Teymuraz Əliyev və Tahir Xubanov beynəlxalq axtarışdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG