Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:37
Rubrikalar

Media və mədəniyyət


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı Bu "İz"də:



- Azərbaycan mediasının 130 illik yubileyini dilə gətirəcək;



- Söz Azadlığı Fondunun yeni nəşri barədə özəl xəbər eşidəcək;



- «Advertorial» sözünün mənasını öyrənəcək;



- «Mentalitet dolması»nı dadacaq...



- Və hər dəfə Azərbaycan türkcəsində çıxan ilk peşəkar qəzet – «Əkinçi» barədə açıqlamaları dinləyəcəksiz.



130 il öncə iyulun 22-də külli Qafqazda Azərbaycan türkcəsində ilk qəzet nəşrə başladı. Həsən bəy Zərdabinin qurucusu və redaktoru olduğu bu qəzet çox rəmzi bir adla – «Əkinçi» adıyla çıxdı. Qəzet ilk sayından son sayınadək liberal-mədəni dəyərlərin, hüququn və bütövlükdə birgə yaşam normalarının Azərbaycan cəmiyyətində müzakirəyə çıxarılmasına can atdı və bütün önəmli sosial olayları xəbərlədi.



Tanınmış mədəniyyətşünas alim Rəhman Bədəlov Həsən bəyi yalnız qəzet naşiri çərçivəsinə sığışdırmağın ziyanını vurğulayır və onu Azərbaycan modernizminin banisi kimi qiymətləndlirir.



Rəhman Bədəlov «Həsən bəy deyərkən, istər-istəməz, «cəmiyyət», «hüquq», «seçki», «sivilizasiya» və «demokratiya» sözləri və əlbəttə, «vətəndaş» sözü ağla gəlir. Bir az fantaziyanızı işə salsaz, indiki Azərbaycan şəraitində Zərdabi özünü necə aparardı? Hansı qüvvələrin yanında olardı?» sualına cavab verərək bildirir ki, o, sözsüz, hüququn, demokratiyanın yanında olmaq istər, amma indiki Azərbaycanda da durumun çox da dəyişmədiyini görüb çox üzülərdi.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG