Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:26

Azərbaycan Naminə Hərəkat "Qarabağ mitinqi" keçirdi


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı Azərbaycan Naminə Hərəkat "Qarabağ" Ümumdünya Etiraz Aksiyaları çərçivəsində Ağdamın işğalının 12-ci ildönümü ilə bağlı iyulun 24-də Bakıda özünün ilk etiraz aksiyasını keçirib.



Aksiya iştirakçıları "Qarabağa azadlıq", "Qarabağın azadlığı demokratik seçkilərdən keçir" və s. şüarlar səsləndiriblər. Metronun "20 Yanvar" stansiyasından başlayan yürüş Dövlət Film Fondunun qarşısında mitinqlə başa çatıb.



Azərbaycan Naminə Hərəkatın rəhbəri İlqar Qasımov çıxış edərək bildirib ki, Qarabağ probleminin həlli bütün azərbaycanlıların həmrəyliyindən, güclü və demokratik inkişafdan keçir. İlqar Qasımov qeyd edib ki, Azərbaycan Naminə Hərəkat torpaqlar işğaldan azad olunana qədər belə aksiyaları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində davam etdirəcək.



Yürüş-mitinqin qətnaməsində isə Qarabağın işğalını təsdiq edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və s. bir sıra tələblər irəli sürülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG