Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

1-ci ixtisas qrupuna qəbul imtahanları oldu


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı 1-ci ixtisas qrupu üzrə ali məktəblərə qəbul olmaq istəyən 24 mindən çox abituriyent iyulun 24-də Bakıda və Naxçıvanda imtahan verdi.



Bakıdakı 8 saylı orta məktəbdə imtahandan çıxan abituriyentlərin bir neçəsilə söhbətdən belə aydın oldu ki, imtahan zamanı elə bir çətinliklə üzləşməyiblər.



Onların dediyinə görə, nəzarət ciddi olduğundan "sparqalka"lardan istifadə hallarının şahidi olmayıblar.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyir ki, 1-ci ixtisas qrupu üzrə imtahan verən 24 min 842 nəfər abituriyentdən cəmi 6310 nəfəri qız olub.



Məleykə Abbaszadənin sözlərinə görə, imtahan keçirilməsi üçün Bakıda 45, Naxçıvanda isə iki bina ayrılıb. İmtahanda Bakı və Sumqayıtın orta məktəblərindən olan 1990 nəzarətçi-müəllim iştirak edib.



İmtahanların nəticələri avqustun birinci ongünlüyündə müəyyən olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG