Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:03
Rubrikalar

Cənubi Qafqaz ölkələrində mobil rabitə xidməti


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı - Azərbaycanda mobil rabitənin qiyməti Gürcüstandan da, Ermənistandan da iki dəfə bahadır. Amma küçədə akkordeon çalmaqla çörək pulu qazanan Andreyin də mobil telefonu var.



- Ermənistanda abonentlər monopoliyadan əziyyət çəkirlər.



- Gürcüstanda da əsas iki iri mobil rabitə operatoru rəqabət aparır.



İndi mobil telefonunu evdə qoyub çıxan bütün günü özünü əl-qolu bağlı hiss edir. Telefon tək rabitə vasitəsi olmaqdan çıxıb. İndi bazarlıq edənin əlində siyahı əvəzinə telefon görmək təəccüblü olmaz. Siyahı telefondakı qeyd kitabçasındadır. Ya da kamera lazım olanda telefonu işə salmaq olar. İki həftə əvvəl London partlayışlarında mobil telefonun kamerası ilə çəkilən kadrlar bütün telekanallarda yayımlandı. O kadrların polisə nə qədər kömək olduğunu bir polis bilir.



Abonentlər tək telefonun özünə yox, nömrəsinə də əhəmiyyət verirlər. Keçən həftə Çində hərracda bir Pekin sakini telefon nömrəsi üçün 215 min dollar pul verib. Nömrə demək olar ki, çinlilərin uğurlu hesab etdiyi üç rəqəmdən ibarətdir: 13333333333



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, Azərbaycanda 1.5 milyondan çox adam mobil rabitədən istifadə edir. Hər 100 adama 24 mobil telefon düşür, baxmayaraq ki, danışıq tarifləri də, mobil telefonlar da həyat səviyyəsi ilə müqayisədə bahadır.



Gürcüstanda son 10 ildə yaradılan texnologiya ölkədə kommunikasiya vasitələrini, həm də keyfiyyəti tamamilə dəyişib. Rabitənin tənzimlənməsi üzrə milli komissiyanın məlumatına görə, Gürcüstanda da Azərbaycanda olduğu kimi əhalinin ¼-i mobil rabitə şirkətlərinin xidmətlərindən istifadə edir. Amma Gürcüstanda danışıq tarifləri Azərbaycandakından demək olar ki, iki dəfə ucuzdur.



Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistanda mobil rabitə istifadəçilərinin sayı azdır. Halbuki, orada danışıq tarifləri Azərbaycandan, bəzən Gürcüstandan da ucuzdur. Azərbaycanda mobil telefonla danışanlar dəqiqəyə 30 sentdən çox, Gürcüstanda 16 sent ödəyirlər. Ermənistanda isə dəqiqə 11 sentdən 27 sentə qədərdir. Amma keyfiyyət aşağıdır. Yerlilər abonentlərin azlığını "ArmenTel" adlı rabitə şirkətinin monopoliya yaratmasıyla bağlayırlar.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG