Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:15

Bir qrup partiya «Qarabağ!» və «İstefa!» şüarları ilə mitinq keçirdi


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı İyulun 23-də Milli Demokrat Partiyasının təşəbbüsü ilə metronun «20 Yanvar» stansiyasının yanından Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısınadək yürüş-mitinq keçirildi. Aksiyaya Liberal, Liberal Demokrat, Böyük Quruluş, Vətəndaş Həmrəyliyi, Tərəqqi, Azad Azərbaycan, Azarbaycan Fədailəri partiyalarının va "Vətəndaş Cəmiyyəti Qurucuları" seçki blokunun nümayəndələri də qatılmışdılar.



Yürüş-mitinq iştirakçıları «Azad seçki!», «Qarabağ!» və «İstefa!» şüarları səsləndirdilər.



Aksiyada çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı mitinqə qatılan təşkilatları "əsl milli qüvvələr" adlandırdı: "Biz bir sıra partiyalar kimi xarici qüvvələrə satılmamışıq və onların diqtəsi ilə hərəkət etmirik".



Milli Demokrat Partiyasının rəhbəri İsgəndər Həmidov isə bu hakimiyyətlə demokratik seçki keçirməyin və Qarabağı azad etməyin mümkün olmadığını bildirdi. O, bundan sonrakı aksiyaları ADP-AXCP-Müsavat partiyaları ilə birlikdə keçirəcəklərini söylədi.



Yürüş-mitinqin qətnaməsində siyasi mühacirlərin ölkəyə qayıdaraq seçkiyə qatılmaq hüquqlarının bərpa edilməsi, Qarabağin azad olunması, seçki komissiyalarının paritet əsasda təşkili, İctimai Televiziyanın seçkiyədək fəaliyyətə başlaması və s. bir sıra tələblər irəli sürülür.



Aksiya icazəli olduğundan polislər prosesi sadəcə kənardan müşahidə etməklə kifayətləndilər.
XS
SM
MD
LG