Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:36

Bugünkü mətbuat məmləkətin güzgüsü sayıla bilərmi?


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı İyulun 22-də Azərbaycan mətbuatının özülünün qoyulmasından 130 il keçir. Düz 130 il qabaq Həsən Bəy Zərdabi Azərbaycan türkçəsində ilk ayrıca və dövrü çıxan qəzetin əsasını qoyub. Öz yazdıqlarından və müasirlərinin xatirələrindən görünür ki, o, qəzeti açmaq üçün həm də o dövrdə çar Rusiyasında olan inzibati əngəlləri adlamalı olub.



Həminm vaxt 33 yaşlı Zərdabinin yazdığı bu sözləri özülü qoyulan mətbuatın iş prinsipi də saymaq olar: "Hər bir vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun... Yəni, ol qəzetəyə baxan xalqı ayinədə görən kimi görsün".



Bu sitat 130 il keçəndən sonra bu gün çağdaş media prinsipləri baxımından aktuallığını qoruyurmu? Bugünkü mətbuat bu günün güzgüsü sayıla bilərmi?



Qonaqlar:



- Çağdaş medianın araşdırıcısı, "Media Analist" saytının rəhbəri Rizvan Qəmbərli;



Mətbuat Şurasının sədri Əflatun Amaşov;



- Siyasətşünas, "İstiqlal" qəzetinin uzun müddət baş redaktoru olmuş Zərdüşt Əlizadə.



Rizvan Qəmbərli: "Xeyr. Bu sitat əslində dünya jurnalistika təcrübəsində öz aktuallığını hər zaman qoruyan bir jurnalistika prinsipidir... Amma çox təəəssüf ki, biz bu prinsipi 130 il sonra da hələ də tam tətbiq edə bilməmişik. Və ən acınacaqlısı odur ki, Zərdabinin qoyduğu jurnalistika ənənəsini biz inkişaf etdirə bilməməşik".



Əflatun Amaşov: "Bugünkü mətbuat bu günün güzgüsü sayıla bilməz. Ancaq Azərbaycanda mətbuat cəmiyyətdə olan bütün problemlərin ictimaiyyətə çatdırılmasının əsas vasitəsidir. Mətbuat istər demokratiyanın inkişafında, istərsə də insan haqlarının qorunmasında ən fəal institutdur. O ki qaldı Azərbaycan mətbuatının nə vaxt dövrün güzgüsü olacağına, bu o zaman baş verəcək ki, Azərbaycan mətbuatı hər kəsdən – məmurlardan, rəsmi qurumlardan, partiyalardan, şəxslərdən azad olsun və onlar öz gəlirlərini yalnız ya reklamdan, ya da satışdan əldə etsinlər. Mətbuat doğrudan da "dördüncü hakimiyyət" kimi formalaşsa, cəmiyyətdə nə baş verirsə onu obyektiv ictimaiyyətə çatdıracaq".



Zərdüşt Əlizadə: "Azərbaycanda biz medianın vəziyyətinin şahidiyik və görürük ki, Həsən Bəy Zərdabinin sözləri, 19-cu əsr üçün səciyyəvi olan vəziyyət Azərbaycada yenə də öz aktuallığını itirməyib".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG