Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:25

«Ramiz Mehdiyev indiyə qədərki seçkilərin saxta olduğunu etiraf etdi»


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı «Yeni Azərbaycan» qəzetindəki «Exit-poll» seçkilərdə şəffaflığı təmin etmək üçün mühim vasitədir» başlıqlı məqalədə Ağanisə Sultanova yazır ki, hakimiyyət seçkinin demokratik keçirilməsində maraqlıdır və alternativ səssaymalardan çəkinmir. Məqalədə bildirilir ki, beynəlxalq qurumlar bu prosesi yerli resurslara söykənərək edirlər. Amma bu da inkar oluna bilməz ki, onlar «exit-poll»u heç də bütün məntəqələrdə yox, özlərinin maraq dairələrində olan yerlərdə keçirə bilərlər. Müəllif yazır ki, hətta beynəlxalq təşkilatlar seçkinin nəticələrini öz maraqlarına uyğun da elan edə bilərlər. Odur ki, anti-hakimiyyət dairələri «exit-poll»u inqilabın əsas rıçaqı hesab edirlər.



«Bakı-Xəbər» qəzetindəki «Ramiz Mehdiyev indiyə qədərki seçkilərin saxta olduğunu etiraf etdi» başlıqlı məqalədə Nicat Dağlar yazır ki, bu günlərdə Prezident Aparatının rəhbəri jurnalistlərə verdiyi açıqlamada bu vaxta kimi keçirilən seçkilərin saxta olduğunu etiraf edib. Onun «Cənab prezidentin 11 may tarixli sərəncamı əsas verir ki, Azərbaycanda demokratik seçki keçirilsin. Biz müxalifətdən daha çox maraqlıyıq, heç olmasa bir dəfə göstərək ki, Azərbaycanda insanlar kimi dəstəkləyir və kimə səs verirlər» ifadəsi buna əyani sübutdur. Müəllif yazır ki, «heç olmasa bir dəfə» ifadəsi o deməkdir ki, bütün seçkilərdə hakimiyyət insanların istədiyi namizədi dəstəkləməsinə imkan verməyib.



«Ayna» qəzetindəki «Seçki-2005: Mümkün ehtimallar» başlıqlı məqalədə Müşfiq Həqq yazır ki, seçki sonuclarının müxalifət üçün daha uğurlu bir şəkildə açıqlanacağı ehtimalının ciddiliyi, ABŞ rəsmilərinin saxtakarlıqlarla barışmayacaqları barədə söylədikləri, Madlen Olbraytın səfəri, «exit-poll» keçiriləcəyi ilə bağlı deyilənlər yekunda narazı kütlənin səslərinin daha dolğun əks olunacağı qənaətini yaradır. Məqalədə bildirilir ki, rəsmi Vaşinqton seçkidə öz geosiyasi maraqlarına mane olacaq heç bir siyasi qüvvə görmür.
XS
SM
MD
LG