Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:04

ATƏT Prezident Aparatını təkzib edir


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı İndiki Seçki Məcəlləsi və komissiyalarla demokratik seçki keçirmək mümkündür.



Prezident Aparatının rəhbəri Ramiz Mehtiyev bu qənaətdədir. O, mətbuata açıqlamasında deyib ki, müxalifət komissiyalarda paritet yaratmaqla hansısa məqamda öz nümayəndələrini geri çağırıb seçki prosesini pozmaq istəyir.



"Belə hadisə 1998-2000-ci illərdə olmuşdu. Həmin vaxt ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri mənə məktubla müraciət edib. Və hazırda mövcud olan formatı təklif edib".



Ramiz Mehdiyev həmin məktubu ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayta da göstərdiyini söyləyib.



ATƏT-in Bakı Ofisinin rəhbəri Ülvi Axundlu deyir ki, həmin məktub haqda onların məlumatı yoxdur. Komissiyaların tərkibinin təkmilləşdirilməsi və ya seçki qanunvericiliyi haqda təklifləri ATƏT Avropa Şurası ilə birgə irəli sürüb və bu ictimaiyyət üçün açıq olub. Amma hətta belə bir təklif verilsə də, təcrübə göstərir ki, hər şeyin təkmilləşməyə ehtiyacı var.
XS
SM
MD
LG