Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:13

Magistraturaya qəbulun nəticələri etirazla qarşılandı


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı İyulun 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə YAP–ın qərargahında mətbuat konfransı keçirərkən bir qrup şəxs partiyanın binası qarşısına toplaşaraq magistratura imtahanlarının nəticələrinə öz etirazlarını bildirdilər.



İmtahandan kəsilənlər və onların valideynləri imtahanların yenidən keçirilməsini tələb edirdilər. Onların iddiasına görə, TQDK imtahanların təşkilində və yerləşdirmədə qanun pozuntularına yol verib.



TQDK sədri Məleykə Abbaszadənin sözlərinə görə isə, onlar imtahanlara qədər kifayət qədər maarifləndirmə işi aparsalar da, bakalavrlar bu məsələyə ciddi yanaşmayıblar. Nəticədə onların bir qismi imtahanda hansı suallara cavab verə və digər məsələləri düz yerinə yetirə bilməyib kənarda qalıblar.



TQDK sədri dedi ki, müəyyən qüvvələr vəziyyətin belə hal almasında maraqlıdırlar. O, bütün bunlara baxmayaraq magistraturaya əlavə qəbul aparılmayacağını da bildirdi. Ancaq bununla yanaşı magistraturaya imtahanların ildə iki dəfə keçirilməsi nəzərdə tutulur. Bunun bir səbəbi də hərbi xidmətdən qayıdan bakalavrlara şərait yaradılmasıdır.



Bu il magistraturaya 6096 yerə qarşı 10400 sənəd verilmişdi. İki mərhələdə keçirilən imtahanlardan isə cəmi 2975 nəfər keçib. Bu da planda nəzərdə tutulan yerlərin 47 faizi deməkdir.
XS
SM
MD
LG