Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:46
Rubrikalar

Tütün istehsalının artırılması planlaşdırılır


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı - İyulun 22-də Beynəlxalq Valyuta Fondunun (BFV nümayəndə heyəti Bakıya gəlib. Fondun icraçı direktorunun müavini Aqustin Karstensin rəhbərlik etdiyi nümayəndə heyətini prezident İlham Əliyev də qəbul edib. İlham Əliyev deyib ki, gələn ildən Azərbaycana böyük neft gəlirləri daxil olacaq və həmin pullardan necə istifadə olunmasıyla bağlı Fondla məsləhətləşmələrin genişlənməsinə ehtiyac yaranıb. Prezident bildirib ki, Azərbaycan BVF ilə əməkdaşlığı davam etdirmək istərdi. Aqustin Karstens Azərbaycanda «Yoxsulluğun ləğvi proqramı»nın həyata keçirilməsindən razılığını bildirib.



- Azərbaycan qarşıdakı illərdə tütün istehsalını təxminən 3 dəfə artırmaq və 2015-ci ildə 20 min tona çatdırmaq niyyətindədir. Kənd təsərrüfatı naziri İsmət Abbasov deyib ki, bunun üçün indi əkilən sortlar yüksək keyfiyyətli Amerika sortları – «Virciniya» və «Berley» sortları ilə əvəzlənəcək. Nazirin sözlərinə görə, artıq bəzi rayonlarda bu yöndə işlərə başlanıb. Zaqatalada yeni sortların qurudulması və fermentasiyası üçün yeni avadanlıq quraşdırılıb. Bu ilki məhsulun isə 8 min ton olacağı gözlənilir.



- İlin sonuna qədər İkinci Dünya müharibəsi iştirakçılarının daha bir qrupuna «Oka» markalı avtomobillər veriləcək. Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxşıyevin verdiyi məlumata görə, avtomobillər dövlət büdcəsi hesabına alınacaq. Amma neçə nəfər veteranın avtomobil sahibi olacağı Maliyyə Nazirliyinin imkanlarından asılı olacaq. Hazırda 2500 nəfər İkinci Dünya müharibəsi veteranı maşın növbəsindədir.



- Və sonda valyuta məzənnələri. İyulun 22-nə olan məlumata görə, Milli Bankda 1 dollar 4700 manat, 1 avro 5719 manat, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG