Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:02
Rubrikalar

Qubada "Qran-Pri" turniri keçiriləcək


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı - İyulun 26-da Qubadakı Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Dünya kuboku yarışının "Qran-Pri" turniri keçiriləcək.



Turnirdə Avropanın 8 komandası yarışacaq. A qrupunda Türkiyə, Azərbaycan, Almaniya və Bolqarıstan, B qrupunda Rusiya, Hollandiya, Polşa və Rumıniya komandaları mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutan komandalar 1/2 final mərhələsində iştirak edəcək. Yarımfinal oyununda qalib gələn komandalar 1-ci, məğlub olanlar isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.



Turnirdə ilk üç yeri tutan komandalar Dünya kubokunun İtaliyada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Turnirin açılışı iyulun 25-də olacaq, 26-da isə oyunların startı veriləcək. Azərbaycan yığma komandası ilk oyununu iyulun 26-da Bolqarıstan yığmasına qarşı keçirəcək.



- İyulun 28-də İranda karatenin ƏKF versiyası üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. 100-dən artıq ölkə idmançılarının iştirak etdiyi turnirdə Azərbaycan 17 karateçi ilə təmsil olunacaq.



- Avqustun 11-dən 21-dək Türkiyənin İzmir şəhərində 28-ci Ümumdünya Universiadası keçiriləcək. Dünyanın bütün ölkələrindən tələbə idmançıların iştirak edəcəyi turnirdə Azərbaycan idmançıları 6 idman növündə mübarizə aparacaq. Taekvando üzrə 11 nəfər, sərbəst və yunan-Roma güləşində 10 nəfər, atletikada 2, qılıncoynatmada 4, oxatmada isə 1 nəfər təmsil olunacaq.



- Cüdo üzrə Azərbaycan yığma komandası dünya çempionatına hazırlıq məqsədilə Belarusun paytaxtı Minskə yola düşüb. İyulun 27-də isə cüdo üzrə gənclərdən ibarət yığma komanda Polşaya yollanacaq. İyulun 28-dən onlar «A» kateqoriyalı beynəlxalq turnirə qoşulacaqlar.
XS
SM
MD
LG