Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:01

Naxçıvanda sel tələfat və dağıntılara səbəb oldu


Səs: Real audio
Yeddi nəfər isə müxtəlif dərəcəli xəsarət aldı Naxçıvanın Babək rayonunun Qahab kəndinə ciddi ziyan dəyib.



İyulun 21-i axşam qəfildən gələn güclü sel nəticəsində kəndin bir sakini Qəndab Fərzəliyeva həlak olub. Yeddi nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlar Naxçıvan şəhər Xəstəxanasına yerləşdiriliblər. Nisbətən yüngül xəsarət alanlar isə ev şəratində müalicə olunurlar.



Kənd sakinlərinin xeyli sayda mal-qarası tələf olub. 10-a yaxın minik maşını sıradan çıxıb.



Sel kəndin iki hissəsini bir-birilə birləşdirən körpünü uçurub.



Hazırda Qahabda isməli su və elektrik enerjisi yoxdur. Kəndə minik maşınlarının girişi qadağan olunub.



Milli Ordunun 500-ə yaxın əsgəri sakinlərin evlərini sudan təmizləyirlər.



Kəndə dəymiş ziyanın hesablanması ilə bağlı xüsusi komissiya yaradılıb.



Kənd ağsaqqalları son 30 ildə Qahabda belə fəlakət olmadığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG