Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:18
Rubrikalar

Parlament seçkiləri ərəfəsində iqtidar-müxalifət dialoqu


Səs: Real audio
Bunlar «Azadlıq», «Yeni Siyasət» və «İslahat» bloklarıdır Qonaqlar:



- Müsavat partiyasının birinci müavini Vurğun Əyyub;



- Yeni Azərbaycan partiyası idarə heyətinin üzvü Mübariz Qurbanlı;



- ATƏT-in Bakı Ofisinin nümayəndəsi Ülvi Axundlu.



Rahib Azəri: Mayın 4-ü və iyulun 1-də Azərbaycanda iqtidar-müxalifət dialoqu baş tutdu. Bu görüşün üçüncü raundu isə təxirə salndı. Nəyə görə?



Vurğun Əyyub: Ölkədə hələki iqtidar-müxalifət arasında dialoq baş tutmayıb. Belə bir dialoq yoxdur. Sadəcə olaraq iqtidar partiyaları ilə müxalifət partiyaları arasında müzakirələr keçirilib. İlk müzakirə Yeni Azərbaycan partiyasının təşəbbüsü ilə onun qərargahında keçirilib. Buna heç müzakirə də demək olmaz. Bu sadəcə, orada iştirak edən partiyaların öz niyyətlərini elanetmə mərasimi idi. Hər hansı bir ideya, fikir orada müzakirə olunmayıb. İkinci görüş isə Xalq Cəbhəsi partiyasının qərargahında keçirilib. Həmin görüşdə bir sənəd hazırlanmışdı. Lakin YAP-ın nümayəndələri bu sənədi imzalamaq səlahiyyətində olmadıqlarını bildirdikdən sonra o da qəbul olunmayıb. Üçüncü görüşsə Müsavat partiyasının təşkilatçılığı ilə baş tutmalıydı. Keçən ayın ilk həftəsində mən YAP-ın icraçı katibi Əli Əhmədovla əlaqə saxladım və ona təkliflərimi çatdırdım. Əli bəy dedi ki, onlar müxtəlif tədbirlərə hazırlaşırlar və vaxt çox dardır. Xahiş etdilər ki, bu məsləhətləşmələri bir az sonraya saxlayaq. Bir müddət əvvəl biz Mübariz Qurbanlı ilə bu məsələ ətrafında telefon məsləhətləşmələri apardıq. Hesab edirəm ki, bu həftə ərzində tədbir baş tutar.



Mübariz Qurbanlı: Biz dialoqun tərəfdarıyıq. Bundan sonra da davamlı olaraq siyasi partiyalar arasında daimi məsləhətləşmələrin aparılmasını istəyirik və biz həmişə həmin məsləhətləşmələrdə iştirak edəcəyik.



Rahib Azəri: Vurğun bəyin dediyi fikrə münasibətiniz necədir. Bu iqtidar-müxalifət dialoqudur, yoxsa iqtidar və müxalifət partiyalarını təmsil edən qüvvələrin görüşü?



Mübariz Qurbanlı: Mən prinsipcə bu məsələdə mübahisə açmağın tərəfdarı deyiləm. Biz hesab edirik ki, bizim iştirakımızla olan hər hansı bir danışıq faktiki olaraq hakimiyyətlə müxalifət arasında gedən danışıqdır. Vurğun bəy dedi ki, AXCP-də sənədə bizim yetkimiz olmadığına görə imza atmamışıq. Mənim kifayət qədər yetkim var idi. İstənilən sənədi partiya adından imzalamaq səlahiyyətindəydim. Sadəcə, həmin sənədlə razılaşmadığıma görə imza atmamışdım. Mən partiyanın və bizim siyasi maraqlarımızın fövqündən çıxış edərək imza atmamışdım.



Rahib Azəri: Ülvi bəy, ATƏT bu görüşlərdə nə dərəcədə maraqlıdır? Bu dialoqların perspektivinə inanırmı?



Ülvi Axundlu: ATƏT tək görüşlərdə deyil, onların nəticələrində daha çox maraqlıdır. İndiki məqamda ATƏT-in Bakı Ofisi bu məsələyə nikbin yanaşır. Biz inanırıq ki, bu prosesin nəticələri olacaq. İlk addım may ayında atılıb. Biz öncə partiyalarla məsləhətləşmələr apardıq. YAP konkret olaraq görüş təşəbbüsü ilə çıxış etdi və həmin görüş mayın əvvəlində baş tutdu. ATƏT-in keçirdiyi görüşsə may ayının ortalarına təsadüf etdi. Biz açığı, həmin görüşü dialoqun ikinci raundu kimi qələmə veririk. Müsavat partiyası qərargahında keçiriləcək görüşü dialoqun dördüncü raundu kimi qəbul edirik.



O ki qaldı perspektivlərinə, ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi elə həmin tədbirlərdə bir neçə dəfə vurğulamışdı ki, Bakı Ofisinin, Varşava Ofisinin, ümumiyyətlə, katibliyin bu dialoqun keçirilməsində hansı formada dəstəyi lazımdırsa, biz hazırıq. Sadəcə olaraq biz həmişə inanmışıq ki, əgər bir masa arxasında oturub məsələləri, problemləri müzakirə etmək istəyi səmimi
XS
SM
MD
LG