Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:54

İlham Əliyev: "Danışıqlar Bakının istədiyi həll variantı ətrafında gedir"


Səs: Real audio
Bunlar «Azadlıq», «Yeni Siyasət» və «İslahat» bloklarıdır «Nə bu gün, nə sabah, nə 10, nə də 100 ildən sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılma məsələsi müzakirə obyektinə çevrilə bilməz».



Bunu iyulun 21-də prezident İlham Əliyev 2005-ci ilin birinci yarısında Azərbaycanın sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə deyib.



Onun sözlərinə görə, rəsmi Bakı münaqişənin həlli üzrə sülh danışıqlarında mövqeyini möhkəmlədib: «Artıq danışıqlar Praqa prosesi çərçivəsində aparılır. Əgər sadə dillə desək, bu, mərhələli həll deməkdir. Yəni, artıq münaqişənin mərhələli şəkildə həll olunması Minsk Qrupu tərəfindən qəbul edilir. Ermənistanı bu prosessə cəlb etmək üçün çox böyük səylər göstərilib, diplomatik gedişlər işlənib».



Sülh və Münaqişələrin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev hesab edir ki, prezidentin bu çıxışı daha çox seçkiqabağı əhaliyə ümid verməyə hesablanıb:«Çünki xalq sabah hesabat tələb edəcək. Nə olub, bir kənd geri alınıbmı?»

Günün bütün mövzuları

XS
SM
MD
LG