Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:53
Rubrikalar

Minimum əmək haqqı 150 min manat olacaq


Səs: Real audio
Bunlar «Azadlıq», «Yeni Siyasət» və «İslahat» bloklarıdır - Oktyabrın 1-dən Azərbaycanda minimum əmək haqqı 150 min manat olacaq. Bunu prezident İlham Əliyev iyulun 21-də keçirdiyi müşavirədə bildirib. İndi minimum əmək haqqı 125 min manatdır.



Prezidentin sözlərinə görə, Azərbaycanda orta əmək haqqının təxminən 120 dollar olması MDB ölkələri ilə müqayisədə yaxşı göstəricidir. Amma İlham Əliyev hesab edir ki, bunu qaneedici saymaq olmaz. O bildirib ki, gələcəkdə orta əmək haqqının da, minimum əmək haqqının da qaldırılması istiqamətində daha ciddi işlər görülməlidir.



- İyulun 21-də Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycana gəlib.



Fondun icraçı direktorunun müavini Aqustin Karstensin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan rəsmiləriylə görüşlərdə ölkədə aparılan iqtisadi islahatlar, Yoxsulluğun Azaldılması Proqramının icrası, eləcə də Fondla Azərbaycan arasında gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparacaq.



Nümayəndə heyətini prezident İlham Əliyevin qəbul edəcəyi də gözlənilir. BVF Yoxsulluğun Azaldılması Proqramı çərçivəsində Azərbaycana 5 kredit tranşı üzrə 80 milyon dollardan çox kredit ayırıb. Hökumət isə Fondun kreditlərinə daha ehtiyacı olmadığını bildirərək 19.5 milyon dollar həcmində sonuncu kredit tranşından imtina edib.



- Almaniya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul edilməsinə tam dəstək vermək niyyətindədir. Bunu Almaniyadan olan ekspert Rüdiqer Ost Bakıya səfəri zamanı bildirib. O, bir həftə müddətində Azərbaycanın həmin təşkilata qəbulu ilə bağlı səhiyyə, kənd təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin mütəxəssislərinə məsləhətlər verəcək.



- Dünya bazarlarında Azərbaycan neftinin qiyməti bir qədər enib. İndi «Azərilayt» markalı neftin 1 barreli 57 dollar 12 sent, Azərbaycan və Rusiya neftinin qarışığından ibarət olan «Ural» markalı neftin 1 barreli isə 53 dollar 44 sentdir.



- Və sonda valyuta məzənnələri haqqında. İyulun 21-nə olan məlumata görə, Milli Bankda 1 dollar 4702 manat, 1 avro 5720 manat, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG