Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:05

Yeni təcili yardım maşınlarının təqdimatı oldu<p align=`left`><br><br>


Səs: Real audio
Bunlar «Azadlıq», «Yeni Siyasət» və «İslahat» bloklarıdır İyulun 21-də «Azadlıq» meydanında 100 ədəd yeni təcili tibbi yardım maşınının təqdimetmə mərasimi oldu. Maşınların 40-ı Bakının, 13-ü Naxçıvanın, qalanları isə digər şəhər və rayonların Təcili Tibbi Yardım stansiyalarına verildi.



«İndi stansiyadakı maşınların sayı 133-ə çatdı». Bu məlumatı «Azadlıq» radiosuna Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Faiq Tağızadə verdi: «Bu, stansiyanın tam gücüylə işləməsinə imkan verir». Baş həkimin sözlərinə görə, ilin sonuna qədər Azərbaycana yenə də təcili tibbi yardım maşınları gətiriləcək.



Təcili yardım sahəsindəki digər bir yeniliyə də toxunan cənab Tağızadə dedi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsilə birgə stansiyalara yalançı zənglərin qarşısını almaq üçün yeni avadanlıqlar quraşdırıb.



Azərbaycanda ilk təcili tibbi yardım xidməti 1922-ci ildə yaranıb.
XS
SM
MD
LG