Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:22

Prezidentin şimal bölgəsinə səfəri planlaşdırılır


Səs: Real audio
Dağlıq Qarabağa isə üç milyon dollar məbləğində humanitar yardım göstəriləcək İyulun 25-i və 26-da prezident İlham Əliyevin ölkənin şimal bölgəsinə səfər edəcəyi gözlənilir. Quba rayon İcra Hakimiyyətindən «Azadlıq» radiosuna verilən məlumata görə, dövlət başçısı Quba Olimpiya Kompleksində voleybol üzrə beynəlxalq turnirin oyunlarına baxacaq. Daha sonra onun rayonda yeni inşa edilən 3 saylı Regional Vergilər İdarəsinin, H.Əliyev adına parkın, Xalçaçılıq müəssisəsində quraşdırılmış boyaq sexinin açılış mərasimlərinə qatılacağı nəzərdə tutulur.



Xaçmaz rayon İcra Hakimiyyətindən verilən məlumatda isə prezidentin Gənclər və İdman Mərkəzinə, H.Əliyev Muzeyinə və özəl poliklinika binasına baş çəkəcəyi bildirilir.



İ.Əliyevin Nabrandakı «Atlant» İstirahət Pansionatında yerli turizm müəssisələrinin rəhbərləri ilə görüşəcəyi də söylənilir.



Prezidentin bir sıra digər dövlət obyektlərinin fəaliyyəti ilə tanış olacağı və yerli sakinlərlə görüşəcəyi də istisna edilmir.
XS
SM
MD
LG