Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:51
Rubrikalar

«Neftçi» Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazandı


Səs: Real audio
Dağlıq Qarabağa isə üç milyon dollar məbləğində humanitar yardım göstəriləcək - UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində «Neftçi» səfərdə İslandiyanın «Hafnarfyordur» komandasına 2:1 hesabı ilə qalib gəlib. İlk oyunda bu komandanı Bakıda 2:0 məğlub edən «Neftçi» iki turun nəticəsinə görə ikinci mərhələyə vəsiqə qazandı. İyulun 21-də «Neftçi» Bakıya dönüb. Komandanın baş məşqçisi Ağasəlim Mircavadov:



«Oyun ağır keçdi. Gərginlik vardı. Bunun da səbəbi ilk 15 dəqiqədə hakimin sərt qərarlarıydı. Bir-birinin ardınca futbolçularımıza iki sarı vərəqə verdi. Yaxşı ki, futbolçular gərginlikdən çıxa bildilər. Birinci hissədə 2 qol vura bilərdik. Mişurinlə Adamiya təəssüf ki, bu epizodlardan istifadə edə bilmədilər. Birinci hissənin sonunda Ketaqanov qırmızı vərəqə aldı. Ancaq hakim haqlıydı, çünki rəqib komandanın oyunçusunu vurmuşdu. İkinci hissəni 45 dəqiqə 10 nəfərlə oynadıq. Ancaq bu hiss olunmadı və «Neftçi» qələbə qazandı».



İyulun 26-da keçiriləcək ikinci mərhələ oyununda «Neftçi» səfərdə Belçikanın «Anderlext» komandası ilə qarşılaşacaq.



- Oktyabrın 3-9-da Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçiriləcək. İyulun 20-də Almaniyanın Duysburq şəhərində çempionatın püşkatması keçirilib. Püşkatmaya görə, fərdi turnirdə iştirak edəcək Azərbaycan gimnastları «B» qrupunda 22-ci sırada yarışacaq.



Bakı turnirində 45 ölkə idmançıları mübarizə aparacaq.



- Kanadanın Monreal şəhərində üzgüçülük üzrə dünya çempionatının startı verilib.



Çempionatda 5 Azərbaycan üzgüçüsü – Natalya Filina, Orxan Səmədov, Teymur Quliyev, Elgün Babayev və Teymur Novruzov da çıxış edir.



Turnir avqustun 2-dək davam edəcək.



- Respublika Velotrekində velosiped idmanının olimpiya növləri üzrə yarışlara yekun vurulub. Yarışların nəticələrinə görə qızıl medal qazanmış 4 velosipedçi Azərbaycanı beynəlxalq turnirlərdə təmsil etmək hüququ qazanıb.
XS
SM
MD
LG