Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Konqres müxalifətin seçkidə fəal iştirakına şərait yaradılmasını istəyir


Səs: Real audio
Dağlıq Qarabağa isə üç milyon dollar məbləğində humanitar yardım göstəriləcək ABŞ Konqresi Azərbaycan hökumətini azad və ədalətli seçki keçirməyə çağırır. Konqresin Nümayəndələr Palatasının (NP) Azərbaycanda parlament seçkisi ilə bağlı qəbul etdiyi qətnamədə belə deyilir.



Sənəd Azərbaycan müxalifətini seçkidə fəal iştiraka səsləyir, hökumətin isə buna şərait yaratmasını istəyir.



Qətnamədə bildirilir ki, beynəlxalq müşahidəçilərin apardıqları monitorinq 2003-cü il prezident seçkisinin standartlara uyğun keçirilmədiyini göstərib: «ATƏT həm müxalifət, həm də hökumətin zorakılığa yol verdiyini aşkar edib. Seçkidən sonra Avropa Şurası Azərbaycan hökumətini siyasi məhbusları azad etmək, baş vermiş saxtakarlıqları araşdırmaq və İctimai Televiziyanı yaratmaq üçün təcili addımlar atmağa çağıran qətnamə qəbul edib».



Qətnaməyə NP-nin 416 üzvü səs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG