Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:26

Jurnalistika ilə maraqlananlar iki illik magistr təhsili ala bilərlər


Səs: Real audio
Ancaq bu, abonentlərin qazla təminatında heç bir problem yaratmayacaq Bu proqramı Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi təklif edir. Təhsilin bir hissəsi Azərbaycanda, əsas hissəsi isə Gürcüstanda keçiriləcək.



Proqramın koordinatoru Zaur Həsənov deyir ki, ixtisasından asılı olmayaraq hər bir kəs Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinə müraciət edə bilər.



- Bizə müraciət etmək üçün heç bir məhdudiyyət yoxdur. İxtisasından asılı olmayaraq bakalavr diplomu olan hər kəs bizə müraciət edə bilər.



Zaur Həsənov müraciət etmək istəyənlərdən CV, yəni özləri haqqında məlumat, 300 sözdən ibarət məqalə, bakalavr və ya magistr diplomunun surəti və xassiyyətnamə tələb olunduğunu deyir. Bunlardan başqa, tələbələr xüsusi müraciət forması da doldurmalıdırlar. Digər tələb isə tələbənin ingilis dilini mükəmməl bilməsidir.



Zaur Həsənovun sözlərinə görə, dərsləri Amerika və Avropadan gəlmiş mütəxəssislər keçəcəklər. Tələbələr bütün lazımi avadanlıqlar və kitabxana ilə də təmin olunacaqlar.



- Tələbələrimizə ayda 400 dollar təqaüd veririk və onların təhsil təminatını yüksək səviyyədə həyata keçiririk.



Zaur Həsənov müraciət edənlərdən yalnız 5 nəfərin bu proqram üzrə təhsil alacağını deyir. Sənədlərin son qəbul tarixi isə sentyabrın 1-nə qədərdır. Dərs ili 2005-ci ilin oktyabrından başlayacaq.
XS
SM
MD
LG