Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

«Ermənilər regionu yeni münaqişə ocağına çevirməyə hazırlaşırlar»


Səs: Real audio
Ancaq bu, abonentlərin qazla təminatında heç bir problem yaratmayacaq «Yeni Azərbaycan» qəzetindəki «Qardaş Kipr türk xalqı azadlığının 31 illiyini qeyd etdi» başlıqlı məqalədə Fəxri Kərim yazır ki, bu illər ərzində Şimali Kipr Türk Cumhuriyyətinə ən böyük köməyi Azərbaycan edib. Müəllif yazır ki, özünün Dağlıq Qarabağ probleminə baxmayaraq rəsmi Bakı növbəti dəfə bu ölkəni yalqız qoymadığını əyani surətdə göstərdi. Belə ki, bu günlərdə Bakıdan Şimili Kiprə birbaşa təyyarə reyslərinin açılması bu ölkənin təcriddən çıxmasına xidmət edir.



«Xalq Cəbhəsi» qəzetindəki «Cavaxetiya - ikinci Qarabağ» başlıqlı məqalədə Cavanşir Həsənli yazır ki, Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması barədə razılıq əldə edildikdən sonra Cavaxetiyanın silahlandırılması prosesi sürətləndirilib. Müəllif yazır ki, ermənilər regionu yeni münaqişə ocağına çevirməyə hazırlaşırlar. Azərbaycanın Ermənistanla kommunikasiya əlaqələrini açmağa razılıq verməsi isə bölgədə sabitliyi təmin etməyəcək. Əksinə Ermənistanın növbəti separatçı siyasətə əl atmasını stimullaşdıracaq.



«Bakı-Xəbər» qəzetindəki «YAP-çı namizədlərin sayı seçki dairələrinin sayından artıq olacaq» başlıqlı məqalədə Razi Tağı yazır ki, hakim partiyada deputatlığa namizədlik siyahısına düşmək uğrunda qızğın mübarizə gedir. Nəticədə YAP-da namizədlərin müəyyənləşdirilməsi getdikcə çətinləşir. Hakimiyyətdaxili mötəbər mənbəyə əsaslanan müəllif yazır ki, siyahıdan kənarda qalmış bəzi şəxslər partiyadaşlarına alternativ olsa belə, namizədliklərini irəli sürəcəklərini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG