Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:40

Azərbaycanlılar üçün Ukraynada biznes qurmaq daha asandır


Səs: Real audio
Ancaq bu, abonentlərin qazla təminatında heç bir problem yaratmayacaq "Qlobus"da biz xaricdə yaşayan azərbaycanlılardan və onların təşkilatlanmasından danışırıq.



"Qlobus"un qonaqları:



- Dnepropetrovsk vilayətində çıxan "Savalan" qəzetinin baş redaktoru Nadır Zeynalzadə;



- Vyana Universitetində oxuyan Elgün Niftəliyev.



Nadir Zeynalzadə 20 ilə yaxındır ki, Ukraynanın Dnepropetrovsk şəhərində yaşayır, Ukrayna Jurnalistlər Birliyinin üzvüdür. 1998-ci ildən Ukraynada "Savalan" qəzetini buraxır.



Nadir bəy deyir ki, Dnepropetrovsk vilayətində 20 minə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti biznes və ticarətlə məşğul olurlar. Nadir Zeynalzadənin sözlərinə görə, azərbaycanlılar üçün Ukraynada biznes qurmaq daha asandır, nəinki Azərbaycanda.



"Qlobus"un ikinci qonağı Avstriyadan Elgün Niftəliyevdir. Elgün Vyana Universitetinin alman dili və ədəbiyyatı fakültəsində magistraturada oxuyur.



Vyanada oxuyan azərbaycanlı tələbələr 2002-ci ildə Azərbaycan Akademik Dərnəyini yaradıblar.



Elgün Niftəliyev deyir ki, onlar hər hansı layihə həyata keçirməkdə maliyyə cəhətdən böyük çətinliklərlə üzləşirlər.



Amerikadan bir xəbər: "Azər-press" agentliyinin məlumatına görə, bu il üçün "qrin-kart" lotereyasının nəticələri açıqlanıb. 2005-ci ildə 55 min nəfər "qrin–kart" qazanıb və onlar arasında 235 nəfər azərbaycanlı var. Digər Cənubi Qafqaz respublikaları arasında "qrin-kart" 1000 Ermənistan və 375 Gürcüsan vətəndaşına verilib.



Daha ətraflı Audio hissədə



"Qlobus"da deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər "Azadlıq" radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər.
XS
SM
MD
LG